Home Cəmiyyət XİN-ə diplomatik xidmətə qəbulla bağlı imtahan keçiriləcək

XİN-ə diplomatik xidmətə qəbulla bağlı imtahan keçiriləcək

417
0

Dövlət İmtahan Mərkəzi (DİM) Xarici İşlər Nazirliyi (XİN) ilə birgə diplomatik xidmətə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

Sosialxəbər.az bildirir ki, XİN-dən Axar.az-a bildirilib ki, nazirlikdə diplomatik xidmətə qəbul üzrə imtahan 2022-ci ilin yanvarın 23-də baş tutacaq.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı DİM-in internet portalında 23.12.2021-ci il saat 10:00-dan 12.01.2022-ci il saat 18:00-dək həyata keçiriləcək.

Qeydiyyat xidməti qeyd edilən tarixlərdə aktiv olacaq.

“Nəzərinizə çatdırırıq ki, namizədlərin sınaq imtahanı 26 dekabr 2021-ci il tarixində keçiriləcək. Sınaq imtahanı üçün qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet portalında 08.12.2021-ci il saat 10:00-dan 19.12.2021-ci il saat 18:00-dək həyata keçiriləcək. Sinaq imtahanı üçün qeydiyyat xidməti qeyd edilən tarixlərdə aktiv olacaq”, – məlumatda qeyd olunub.

Bildirilib ki, namizədlər BU link vasitəsilə qəbul qaydaları və müsabiqə şərtləri ilə tanış ola bilərlər.

Previous articleNeftin son qiyməti
Next articleCeyhun Bayramov niderlandlı həmkarı ilə görüşdü

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here