Home Qarabağ Şəhidlərimizi tanıyaq və tanıtdıraq

Şəhidlərimizi tanıyaq və tanıtdıraq

393
0

Şəhid Yusifzadə Ramil Adəm oğlu 22 may 1998 -ci ildə Bakı şəhərində anadan olub.2004 – cü ildə Mərdəkan qəsəbəsində yerləşən Süleyman Rüstəm adına İngilis -Ərəb- Fars təmayüllü məktəbə 1- ci sinfə daxil olmuşdur.Ailəsi ilə birlikdə Xəzər rayonu Binə qəsəbəsində məskunlaşan Ramil uşaqlıqdan ailəsi və dostları ilə mehriban ,ünsiyyətcil olmuş ,eyni zamanda vətənpərvər ruhda böyümüşdür.Ramilin uşaq yaşlarından idmana böyük həvəsi olmuşdur.Dostları qeyd edir ki Ramil çox yaxşı futbol oynayırdı.Bununla yanaşı güclü mənimsəmə qabiliyyəti hesabına Ramil Azərbaycan milli rəqslərin də mahir ifaçısı olmuşdur .Ramil eyni zamanda təhsil həyatına da önəm verirdi və bunun nəticəsi olaraq o sevdiyi sahə üzrə ali təhsil almaq imkanına da nail oldu.2015- ci ildə gimnaziyanı yaxşı qiymətlərlə bitirərək, həmin il Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ” Futbol Müəllimliyi ” fəkultəsinə qəbul olunmuşdur.2019 cu ildə akademiyadan məzun olan Ramil həmin ili Azərbaycan Silahlı Qüvvələrində əsgər kimi həqiqi hərbi xidmətə yollanmışdır.Müddətli həqiqi hərbi xidmətini Qazax şəhəri N saylı hərbi hissədə keçirilən Ramil qısa zamanda komandirlərinin rəğbətini qazanmışdır.Xidmət müddətinin sonuna doğru ikinci Qarabağ müharibəsinin başlanması səbəbi ilə Qazaxdan Fizuli rayonunda gedən döyüşlərdə iştirak üçün göndərilən hərbi qulluqçular sırasında Ramil də yer almışdır.Müharibədə komandirləri ilə çiyin – çiyinə vuruşan Ramil ona verilən bütün tapşırıqları yerinə yetirmiş və böyük sücaət nümayiş etdirmişdir.Döyüşün qızğın vaxtlarında mənfur düşmənin endirdiyi zərbələr nəticəsində yaralanmasına baxmayaraq ilkin tibbi yardım ilə kifayətlənmiş və əsgər yoldaşlarını tək qoymayaraq döyüşü davam etdirmişdir.13 oktyabr 2020 ci tarixində Fizuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə Ramilin də yer aldığı bölüyün döyüş mövqeyi növbəti dəfə düşmən artileriyası tərəfindən zərbələrə məruz qalması nəticəsində artıq ikinci dəfə yara alan Ramil döyüş qüvvəsini itirərək qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və Hərbi hissənin qarşısına qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 15.12.2020- ci il tarixli Sərəncamı əsasında Yusifzade Ramil Adəm oğlu ölümündən sonra ” Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

Azərbaycan Respublikasının Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi nümayəndəsi Məmmədova Günel və təşkliatın kordinatoru İbrahimova Samirə

Previous articleMərhəmət Kimsəsizlərə Yardım İctimai Birliyi əlillər gününü qeyd etdi
Next articleMədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri tarix muzeyində olmuşdur

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here