Home QHT Mərhəmət Kimsəsizlərə Yardım İctimai Birliyi əlillər gününü qeyd etdi

Mərhəmət Kimsəsizlərə Yardım İctimai Birliyi əlillər gününü qeyd etdi

321
0

“Dünyada əlilliyi olan 1 milyard insanın üzləşdiyi bərabərsizliklər və maneələr COVID-19 dövründə daha qabarıq şəkildə özünü göstərib. Pandemiyanın ən çox mənfi təsir göstərdiyi qruplardan biri də onlardır”. Bunu BMT-nin Baş katibi Antonio Quterreş Beynəlxalq Əlilliyi olan İnsanlar Günü ilə bağlı müraciətində bildirib.
O daha sonra çağırış edib: “Bütün ölkələri “Əlilliyi olan insanların hüquqları haqqında” Konvensiyanı icra etməyə, əlilliyi olan insanlar və onları təmsil edən təşkilatların fəal iştirakı ilə əlçatımlılıq imkanlarını genişləndirməyə, hüquqi, sosial, habelə iqtisadi maneələri aradan qaldırmağa çağırıram”.
Azərbaycan da dekabrın 3ü, Əlilliyi olan İnsanlar Günü ilə bağlı genişmiqyaslı tədbirlər keçirilir. Onların sosial müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlərin əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulub və Cənab Prezidentimiz İlham Əliyev, Birinci vitse-Prezidentimiz Mehriban Əliyeva tərəfindən də uğurla davam etdirilir. Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi və tibbi-sosial reabilitasiyası dövlətin sosial siyasətinin mühüm tərkib hissəsidir. Onların sosial müdafiəsinə, reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına xüsusi qayğı göstərilir.
“MƏRHƏMƏT” Kimsəsizlərə Yardım İctimai Birliyi də bu istiqamətdə “Sağlamlıq imkanları məhdud uşaqların,sosial reabilitasiya xidmətinin göstərilməsi” və “Baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla iş mərkəzi” layihələrini həyata keçirir.
Bu layihələrin həyata keçirməkdə məqsəd sosial problemləri olan uşaqların cəmiyyətə inteqrasiyasına yardım etmək, onların ailələrinə dəstək verməkdir.
Qeyd edək ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiya sahəsində ailələrin bilik və bacarıqlarını inkişaf etdirmək üçün “Mərhəmət” onlar arasında maarifləndirmə işləri aparır.
Bu günlə əlaqədar cəmiyytimizi sosial əngəlli insanlara özlərini təsdiqləməsi üçün dəstək verməyə, onların inteqrasiyasına yardım etməyə çağırırıq.
BMT Baş katibib müracitəndə deyildi kimi: “Gəlin, Beynəlxalq Əlilliyi olan İnsanlar Günündə heç kimi diqqətdən kənar qoymamaqla hər kəs üçün dayanıqlı, inklüziv və ədalətli gələcək qurmaq öhdəliyi götürək”.
“MƏRHƏMƏT” Kimsəsizlərə Yardım İctimai Birliyi Mətbuat Xidməti

Previous articleBaş həkimin qazi zabitə qarşı haqsızlığı – Video
Next articleŞəhidlərimizi tanıyaq və tanıtdıraq

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here