Home Qarabağ Baş həkimin qazi zabitə qarşı haqsızlığı – Video

Baş həkimin qazi zabitə qarşı haqsızlığı – Video

327
0

Ehtiyatda olan zabit, Birinci Qarabağ müharibəsinin veteranı, Vətən müharibəsinin isə qazisi olan Qalib Cəfərov 1 ildən çoxdur ki, əlillik statusu ala bilmir.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Qalib Cəfərovun özü məlumat verib.

Q.Cəfərov 2020-ci ilin 29 sentyabr tarixində səfərbərlik xəbərini eşidən kimi Qaradağ rayon Hərbi Komissarlığına müraciət edərək döyüşlərə könüllü qatılıb. Evin tək övladı, 4 uşaq atası olmasına baxmayaraq, 47 yaşlı qazimiz Vətən savaşına yollanıb.

O, Talış, Suqovuşan, Ağdərə istiqamətində gedən döyüşlərdə 9-cu bölüyün komandiri olub. Döyüşlərdə göstərdiyi şücaətinə görə Prezident İlham Əliyev tərəfindən “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Qalib Cəfərov Vətən müharibəsinin bitməsinə az qalmış, 2 noyabr tarixində Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralanıb. Aldığı zədələrdən sağ qulağı eşitmə qabiliyyətini itirib, şəkərli diabet, kəllə-beyin travmasından əziyyət çəkir. Travmalar səbəbindən qazimizin nitqində qüsurlar yaranıb.

Qaradağ rayonu 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Elçin Hüseynov qazimizə Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə göndəriş (forma 88) sənədini verməkdən imtina edir. Həkim məsuliyyətsizliyi səbəbindən 1 ildən çoxdur ki, o, əlillik statusunu ala bilmir.

Daha ətraflı videoda:

Previous article“Azergold”da şok: Ata tender keçirir, oğul qalib gəlir…
Next articleMərhəmət Kimsəsizlərə Yardım İctimai Birliyi əlillər gününü qeyd etdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here