Home Cəmiyyət Bakıda yeni il yarmarkaları quruldu: qiymətlər necədir? – Video

Bakıda yeni il yarmarkaları quruldu: qiymətlər necədir? – Video

458
0

Bu gündən metrostansiyaların çıxışlarında bayram yarmarkaları üçün çadırlar qurulmağa başlayıb.

Sosialxəbər.az Xəzərxəbər-ə istinadən bildirir ki, bayram yarmarkaları metronun “Neftçilər”, “Gənclik”, “İnşaatçılar, “Nəriman Nərimanov” və ”Azadlıq” stansiyalarının yaxınlığında qurulur.

Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədov deyib ki, ümumilikdə paytaxtın 12 rayonunda 20-yə yaxın bayram çadırı fəaliyyət göstərəcək.

Yarmarkalarda əsasən müxtəlif ölçülü yolkalar, şaxta baba-qar qız oyuncaqları və müxtəlif suvenirlər satışa çıxarılıb. Rusiya, Türkiyə və Çin istehsalı olan yolkalar müxtəlif qiymətə təklif edilir. Bəzədilmə zamanı istifadə edilən işıqların qiyməti isə 3-18 manat arasında dəyişir.

İntiqam Məmmədov əlavə edib ki, təklif edilən məhsullar digər satış obyektləri ilə müqayisədə 10 faiz ucuz olacaq. Yarmarkalar bayram günləri bitənə kimi fəaliyyət göstərəcək.

Previous articleCeyhun Bayramov niderlandlı həmkarı ilə görüşdü
Next articleİtkin düşən SOCAR əməkdaşının kimliyi məlum oldu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here