Home DİN Vüqar Səfərlinin məhkəməsi təxirə salındı

Vüqar Səfərlinin məhkəməsi təxirə salındı

207
0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə iclası təxirə salınıb.

Sosialxəbər.az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən birinin vəkilinin məhkəməyə gəlmədiyi elan edilib.

Bu səbəbdən məhkəmə iclası təxirə salınıb.

Növbəti proses dekrabrın 7-nə təyin edilib.

Qeyd edək ki, cinayət işi üzrə V.Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.

Previous articleLaçında ağacəkmə aksiyası keçirildi
Next articlePetrosyan: Qarabağ bitdi, Bakı ilə razılaşmaq lazımdır!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here