Home Qarabağ Petrosyan: Qarabağ bitdi, Bakı ilə razılaşmaq lazımdır!

Petrosyan: Qarabağ bitdi, Bakı ilə razılaşmaq lazımdır!

249
0

Tik Tok sosial şəbəkəsində Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın tele-müsahibəsi təkrar gündəmə gəlib.

Sosialxəbər.az Musavat.com-a istinadən xəbər verir ki, uzun zamandan bəri öz praqmatik çıxışları ilə digər populist erməni siyasətçilərdən fərqlənən təcrübəli dövlət adamı müsahibəsində deyir ki, bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır və bu, o deməkdir ki, məsələ bitib.

Ter-Petrosyan Azərbaycanın Qarabağ münaqişəsində səbirli davrandığını, həlledici müharibəyə uzun zaman hazırlaşdığını və qüvvələr nisbətini dəyişdiyini qeyd edərək ermənilərin bu reallığı hələ də dərk etmədiklərini bildirir. O, Köçəryanın Şuşanı və Hadrutu geri almaq barədə bəyanatını təhlükəli saydığını qeyd edərək deyir:

“Başa düşmək lazımdır ki, bu, hansı problemlərə gətirib çıxara bilər. Köçəryan doğrudanmı düşünür ki, Azərbaycan oradan çıxacaq? Köçəryan yeni müharibə başlada bilər və bu erməni xalqı üçün yeni itkilərə səbəb olar. Heç bir qüvvə Azərbaycanı oradan çıxmağa vadar edə bilməz. Sizcə, bunu Rusiya edəcək? Heç vaxt. Bütün dünya bizə deyir ki, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasıyla razılaşmaq lazımdır. Bizdən artıq heç nə asılı deyil. Hər şey qurtarıb. Əgər razılaşmasaq, bizi qorxunc problemlər gözləyir”.

Previous articleVüqar Səfərlinin məhkəməsi təxirə salındı
Next articleİctimai Şura Tofiq Yaqubluya qarşı zor tətbiq edilməsi ilə bağlı Nazirliyə müraciət etdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here