Home Hadisə Daha 2 korona xəstəsi barədə cinayət işi açıldı

Daha 2 korona xəstəsi barədə cinayət işi açıldı

1387
0

Dekabrın 1-də polis əməkdaşları tərəfindən respublika ərazisində 8 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Sosialxəbər.az bildirir ki, Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, polis əməkdaşları COVİD-19 virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 2 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Previous articleSabiq PPX komandirinin evi yandı: Özü və iki ailə üzvü öldü
Next articleŞabran rayonunda bədbəxt hadisə baş verib

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here