Home QHT QHT Şirvan şəhərində layihə həyata keçirdi

QHT Şirvan şəhərində layihə həyata keçirdi

315
0

Uşaqlar bütün dövrlərdə və dövlətlərdə gələcəkdir. Onlara qayğı ata-ananın, ailə ilə yanaşı cəmiyyətin də əsas vəzifələrindəndir. Ona görə yaxşı deyiblər ki, bir uşaq gülümsəsə dünya işıqlanar. Onun haqqı insanlığın haqqıdır.
Cəmiyyətlərin əsas problemlərindən biri də sosail problemli uşaqlardır. Odur ki, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlara diqqət ayırmaq həm də insanlığın borcudur.
Vətəndaş cəmiyyətləri də bu istiqamətdə fəaliyyət göstərməklə dövlətin uyğun qurumlarına dəstək verirlər. Qeyri-hökumət təşkilatlarının belə uşaqların cəmiyyətə inteqrasiyasına yardımı və dəstəyi ailələr tərəfindən müsbət qarşılanır.
Belə uşaqlar müdafiəsiz sayılırlar. Bu baxımdan onların hüquqlarının müdafiəsi, belə uşaqlardan kimlərinsə öz məqsədləri üçün istifadə etmələrinin, onların pis yollara cəlb olunmalarının qarşısının alınması bütün cəmiyyətlərin vacib fəaliyyətindəndir.
Bu yöndə fəaliyyət göstərən qeyri-hökumət orqanları ilə dövlət qurumlarının birgə fəaliyyəti daha güclü təsriredici olur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial xidmətlər Agentliyinin dəstəyi ilə Şirvan şəhərində “Mərhəmət “Kimsəsizlərə Yardım İctimai Birliyi layihə həyata keçirib.

Sosialxəbər.az xəbər verir ki,
Yığıncağı “Mərhəmət KYİB sədri İradə Polad açaraq,yaradılacaq koordinasiya şurasının vəzifələrindən, görüləcək işlərdən məlumat verərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə həyata keçirilən bu layihənin əhəmiyyəti zamanın tələbi olduğunu bildirib.

Layihə haqqında məlumat geniş müzakirə olunaraq problemlərin həlli yollarına dair ümumi tövsiyələr verilib.

“Baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla iş mərkəzi (Şirvan şəhəri)” layihəsinin fəaliyyəti çərçivəsində yaradılan koordinasiya şuranın məqsədinə uyğun olaraq, uşaq müdafiə qurumları, İcra

Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqları üzrə komissiyası, yerli təhsil, sosial, səhiyyə nümayəndələrinin iştirakı ilə koordinasiya şürasının üzvləri seçilib.

Yaradılan koordinasiya şürasının üzvləri tərəfindən rayon ərazisində uşaqlarla bağlı qarşılaşdıqları problemlər və onların həlli yolları ilə bağlı müxtəlif təkliflər gündəmə gətirilib.

“Baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla iş mərkəzi (Şirvan rayonu)” layihəsinin fəaliyyəti çərçivəsində Uşaq müdafiə qurumları – İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyası, yerli təhsil, sosial, səhiyyə nümayəndələrinin iştirakı ilə koordinasiya mexanizminin yaradılması məqsədi ilə Şirvan şəhərində görüş keçirilib.

Göruşdə Şirvan şəhər icra hakimiyyətinin məsul katibi Rəafel Nəsirov, Sosial xidmətlər agentliyində sosial sifarişlər və layihələr departamentinin müdiri Elmir Valehli, uşaq haqları müdafiəçisi hüquqşünas Fariz Əkbərov, yerli təhsil şöbəsinin məsul işçiləri – Qanbayzadə Gülay, Əmirli Nilufər, yerli polis şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin Yetkinlik Yaşına Çatmayanlarla üzrə müfəttişi Qəfərov Mirəslan, yerli reabilitasiya mərkəzinin direktoru Siracova Mehriban, Şirvan şəhər Mərkəzi Xəstəxananın təmsilçisi Əliyeva Aidə, Şirvan Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Baxşəliyeva Günay, Şahmuradova Mehparə, Şirvan şəhər Heydər Əliyev Mərkəzinin nümayəndəsi Yəhyayeva Fəridə, 21 nömrəli tam orta məktəbin işçi heyətin nümayəndələri Cavadova Aytən, İbrahimova Nüşabə, ekspert Ülviyyə Şahbazova, psixoloq Anar Heybətov, həkim Şəhla Xəlilova, Şirvan şəhər sosial fondun nümayəndələri və təşkilatın işçi heyətin iştirak edib.
Layihədə nəzərdə tutulan aşağıdakı əsas istiqamətlər koordinasiya şurası üzvlərinin diqqətinə çatdırılıb:

• Cinayət törədən uşaqlara qarşı zorakılığın azaldılması;
• Ehtiyacı olan uşaqlar üçün keyfiyyətli səhiyyə, sosial təminat və sosial dəstək xidmətləri ;
• Uşaqların ailə mühitində sağlam inkişafları üçün təhlükəsiz mühit kampaniyalarının təşkili ;
• Hüquqi bazaların araşdırılması, uşaqlara yönəlmiş zorakılığın, pis vərdişlərin qarşısını almaq.
• Uşaqların spirtli içki və siqaret kimi zərərli məhsulları əldə etmək imkanını məhdudlaşdırılması;
• Zorakılıq təhlükəsini azaltmaq üçün ictimai mühitlərdə risk faktorlarını azaltmaq;

• Baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların problemlərinin aradan qaldırılması cəmiyyətin diqqətinin artırılması;
• Küçədə yaşayan, dilənən, cinayət törədən uşaqlar arasında psixoaktiv maddə istifadəsi problemlərinin qarşısının alınmasında işlər aparmaq;

• Uşaqların davranışlarının idarə edilməsi üzrə potensialının inkişaf etdirilməsi;
Sonda layihənin məqsədlərinin həyata keçirilməsi haqqında geniş müzakirələr aparılıb, problemlərin həlli yollarına dair ümumi tövsiyələr verilib. Yerli dövlət qurumlarının nümayəndələri mərkəzini fəaliyyətinin güclənməsi və davamlı olmasına dair təkliflərlə çıxış edib.

Yerli dövlət nümayəndələri ilə əməkdaşlıq edilməsi istiqamətində də razılıq əldə olunub.

“Mərhəmət “Kimsəsizlərə Yardım İctimai Birliyi
Mətbuat katibi

Previous articleMiqrantlar üçün tibbi və sosial təminatın təşkili üzrə İşçi Qurupunun ilk iclası keçirilib
Next articleBakıda 41 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verildi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here