Home Qarabağ Şəhidlərimizi tanıyaq və tanıdaq

Şəhidlərimizi tanıyaq və tanıdaq

272
0

Tamerlan Səfərov 2001-ci il yanvarın 6-da Quba şəhərində anadan olub. Subay idi.

Tamerlan Səfərov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.
Azərbaycan
Ordusunun əsgəri olan Tamerlan Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Tamerlan Səfərov oktyabrın 9-da Ağdərə istiqamətində şəhid olub. Quba şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tamerlan Səfərov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycan Respublikası Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyin Quba rayon Təşkilat Nümayəndəsi :
İsmiyeva Şəlalə.

Previous articleAzərbaycan XİN Türkiyəyə başsağlığı verdi
Next articleDaha bir müəllim koronavirusdan vəfat etdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here