Home Təhsil Yeni açılan məktəbin direktoru işdən azad edildi

Yeni açılan məktəbin direktoru işdən azad edildi

1431
0

Cəlilabad şəhər 9 nömrəli tam orta məktəbin direktoru Ələkbər Niftiyev vəzifəsindən azad olunub.

Sosialxəbər.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Artıq həmin məktəbin direktor səlahiyyətlərinin icrası Abdul Sarbala oğlu Rzayevə həvalə olunub. A.Rzayev bundan əvvəl sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

Ə.Niftiyev isə hazırda fəaliyyətini Cəlilabad Rayon Təhsil Şöbəsində Yeni Azərbaycan Partiyasının ərazi ilk partiya təşkilatının sədri vəzifəsində davam etdirir.

Qeyd edək ki, ötən il sentyabrın 14-də Cəlilabad şəhəri 9 nömrəli tam orta məktəbin tikintidən sonra açılış mərasimi olub. 624 şagird yerlik tədris binasında 25 sinif otağı, 6 laboratoriya, 2 texnologiya, informatika və gənclərin çağırışaqədərki hazırlıq kabinetləri də var.

Previous articlePolislərin olduğu maşın qəzaya düşdü: ölən var
Next articleMinaya düşən hərbçilərin ayaqları amputasiya edildi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here