Home Qarabağ Şəhidlərimizi tanıyaq və tanıtdıraq – Məmmədov Vüsal

Şəhidlərimizi tanıyaq və tanıtdıraq – Məmmədov Vüsal

594
0


Midiəmmədov Vüsal Aftandil oglu 2 iyun 1997-ci ildə Bakı şəhərində anadan olmusdur. O, btidai təhsilini Binəqədi rayon 179N-li məktəbdə alaraq, 8-ci sinifi Binəqədi rayon 182N-li mektebde davam etdirərək təhsilini bitirmisdi. Vüsalın ən böyük arzusu pilot olmaq idi ve beləcə məktəbi yaxşı qiymətlərlə bitirərək 2014-cü ildə Azərbaycan Milli Aviassiya Akademiyasına daxil olur.

Akademiyada “Hava Nəqliyyatının idarə edilməsi” ixtisasına ingilis dilində yiyəyəlnmişdir. Universitetdə tələbə yoldaşları və müəllimləri ilə əsl dost olur, hətta uşaqlar arasında “ürəyiaçıq oğlan ” ləqəbini qazanır. Akademiyada dekandan tutmuş müəllimlərinə qədər hər kəs Vüsalla fəxr edirdi və onun həqoqətən fərqli uşaq olduğunu qeyd edirdilər.
Vüsal idmanı çox sevirdi və usaqlıqdan idmanla,sambo və ağır atletika ilə məşqul olmuşdu.O hər zaman seçilməyi sevən və həqiqətən də bunu bacaran insan olmuşdu. Həm görünüşü həm gözəl xarakteri ilə hər zaman özünə dost qazanmışdır. O dostluqda cox sadiq və dostlarının dediyinə görə “dar günün dostu” olmuşdur. Vüsal dostluğa dəyər verəb və dost üçün canından keçən bir oğul idi.
Vüsal 01.04.19 tarixində həqiqi hərbi xidmətə çağrılır. Hərbi xidmətdə də əsgər yoldaşları, komandir və digərləri ilə əsl dostluq münasibəti yaradaraq onların da sevimlisinə çevrilir. Komandirləri Vüsalla əsgər kimi yox bir dost kimi əlaqə saxlayırdılar. İlk hərbi xidməti Goranboy rayonu Ballıqaya ərazisində keçsə də sonralar məkanı dəyişərək Mingəçevirdə xidmətini davam etdirir. Hərbi xidməti layiqincə yerinə yetirsə də ən böyük arzusu torpaqlarımızın geri alınması üçün döyüşmək olur. Vüsal oktyabrın 1-i təxris olunmalı idi və 27 sentyabr muharibənin başlanmasına əmr verilir. Vüsal ailəsi ilə əlaqə saxlayaraq “isteyimlə muharibəni də celb etdim” cümləsini deyərək ailədən halallıq istəyir. Muharibə zamanı Vüsalın qəhramanlıqlarından danışmaqla bitməz, beləki komandirləri göz yaşı icində onun əsl qəhraman şucaətindən danışırdı. Döyüşdə yoldaşları Vüsala “Rembo” ləqəbi vermişdilər. Döyüşlər zamanı Vüsal tez-tez ailəsi ilə əlaqə saxlayır və “hələ sağam, narahat olmayın” sözlərini deyirdi. Eləcə də dostları ilə zəngləşərək zarafatlaşırdı. Son əlaqə 6 oktyabr ve Vüsalın ağır notları “ anam, vəziyyət çox ağırdı. bütün əsgər dostlarım şəhid olub. Mən bunu qaldıra bilmərəm, son nəfəsimə qədər erməniləri qıracam.. şəhid olsam ağlama…”. Sonradan 10 oktyabr tarixlərində Vüsalın şəhid olması xəbəri gelmişdi və 52 gündən sonra Vüsalın nəşi ailəsinə təhvil verilmişdir, 29Noyabrda torpağa tapşırılmışdı.
Komandir və əsgərlərindən yığılan məlumat əsasında Qəhrəmanlığı : Vüsal xeyli erməni əsgərlərini tək başına öldürmüşdü. Vüsal döyüş zamanı erməni specnazını boğub öldürərək “Təkər”postunu almışdır. Hansıki həmin specnaz bir çox əsgərlərimizi şəhid etmişdi və Vüsal plan qurararaq həmin ermənini öldürmüşdü. Hər şəhid olan əsgər yoldaşına görə erməni öldürərək onun adını qışqıraraq səsləndirir və bu sənin qisasını aldığım üçün deyirdi.. Bu döyüşlər zamanı Vüsal ağır qəlpə yaraları alır və 2 dəfə minadan cırpılaraq qolu və ayağını zədələyir. Yaralandığına görə komandiri onu döyüşdən yayındırmaq istəsə də Vüsal əli ilə irinləmiş yarasından qəlpələri çıxararaq “məni bu dəmir parçası döyüşdən saxlaya bilməz” deyirdi. Əli əzilərək şişir, ayağı zədədən axsayır və buna baxmayaraq əlində iki PK önə dogru gedir. Komandiri ona “burdan sağ çıxsaq sənə baş leytenant vəzifəsini verəcəm “ demişdi. Vüsal yaraları olmasına baxmayaraq bir an belə sızıldamır əksinə gülürdü və bu vəziyyətdə yaralı əsgər yoldaşlarını özü ilə daşıyırdı. Komandirləri “biz Mübariz haqqında eşitmişdik amma onu görməmişdik. Vüsalda bunu gördük” deyirdilər. Vüsal o qədər aktiv və çevik idi ki, komandiri onu əsgərləri üzərində komandir kimi qoymuşdu. Vüsal əsgər yoldaşlarına qayğı göstərir,qənimət götürdüyü suyu susuz qaldığı anda 15 əsgər arasında bölüşdürür və onları idarə edirdi. Günlərlə ac-susuz qalmasına baxmayaraq yenə təslim olmur ve bacardığı qədər erməni qıraraq öne doğru gedirdi, “ancaq qabağa,geriyə yol yoxdu” cümləsi də tez-tez istifade etdiyi cümlə idi. Komandiri agır yaralanır və Vüsal onu top-tufəng atəşlərinə baxmayaraq xilas edir ve qolundakı yara bandını açıb onun başına bağlıyır,maşına qoyub təxliyyə edir. Bu anda komandir güc tapib “sən də ağır yaralısan gedək” desə də Vüsal “ yox,siz sağ qalın,mənim qisasım var hələ” cavabını vermişdi. Komandir ona yetərincə erməni öldürdüyünün kifayət olduğunu bildirsə də Vüsal “dostlarımın qisasını alsam da, Xocalının qisası qalır” deyə cavablamışdı. Digər komandir Vüsalın ayaqqabılarının çox bərbad vəziyyətdə dağıldığını görüb onu döyüşə getməyə qoymasa da Vüsal erməni evindən ip taparaq ayaqqabısını dolayır və “məni bu da saxlaya bilməz” deyirdi.
Döyüş zamanı koordinasiya yaratmağa gələndə Vüsal təpə kimi hündürlüyə çıxaraq “baxın atəş hardan açılır oranı qeyd edin” deyərək özünü hədəf seçirmiş. Sonra erməni postlarını tapmaq üçün təkbaşına müsahidələrə gedib sağ qayıdırdı və komandirinə məlumat verirdi. Sonradan komandiri göz yaşı içində “kəşfiyyata gedən əsgər sağ qayıtmır çox vaxt,ama Vüsal bunu bacarırdı” deyirdi.
Döyüşlərdə ön cəbhədə istirak edərək hər zaman önə doğru addımlamış və “məndən öndə heç kim getməsin” deyirdi. Hətta əsgər yoldaşlarını arxasında gizlədərək “dəyən güllə ilk mənə dəysin,əsgərlərim şəhid olmasın” deyirdi. Əsgər yoldaşları onun haqqında “o döyüşdə bizə atalıq edib”deyirdilər. Vüsal atasız böyüməsinə baxmayaraq yoldaşlarına atalıq etməyi bacarıb. Onu neytraldan Qızıl Aypara cəmiyyəti çıxaranda bir ermənidən aldığı cümlə “bu əsgər ölməz əsgər oldu,son nəfəsinə qədər bizə atəş açırdı,təslim olmurdu və biz onu çox çətinliklə öldürdük. Buna qəhrəman adı düşür” bu oldu….
Hətta son məlumatlara əsasən Vüsal ilə bərabər şəhid olan əsgərlər yandırılıbmış sadəcə Vüsala əl dəyilməyib. Onları neytraldan çıxaran temsilçi “niyə digər əsgərlər yandırılıb,sadəcə bu əsgər qalıb ” soruşanda erməni ona «потому что он герой « cavabını vermişdi.
Vüsal Talış kəndin və

Suqovuşanın alınmasında iştirak edib Ağdərə istiqamətində 951 yüksəkliyində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olmuşdu. O gösdərdiyi şücaətlərə göre vətən uğrunda,suqovşanın alınması ve cəsur döyüşcü medalları ile təltif edilmişdi.

AZƏRBAYCAN RESPUBLİKASI ŞƏHİD AİLƏLƏRİNƏ YARDIM VƏ HÜQUQLARININ MÜDAFİƏSİ İCTİMAİ BİRLİİYN QADINLAR ŞURASININ SƏDRİ NƏCİBƏ AĞAMALIYEVA

Previous articleAzərbaycanın növbəti uğuru: Ermənistanın isə məğlubiyyət seriyasının davamı – Rəfail Becanov
Next articleŞəhidlərimizi tanıyaq və tanıtdıraq

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here