Home Qarabağ Şəhidlərimizi tanıyaq və tanıtdıraq

Şəhidlərimizi tanıyaq və tanıtdıraq

70
0

🇦🇿TALEH SALAMOV ƏDALƏT OĞLU🇦🇿

Taleh Salamov 1992-ci il yanvarın 16-da Quba rayonunun Xırt kəndində anadan olub.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Taleh Salamov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Taleh Salamov oktyabrın 1-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Quba rayonunun Xırt kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Salamov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Salamov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Salamov ölümündən sonra “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi.

Allah rəhmət eləsin🥀🥀🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿

Azərbaycan Respublikası Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyin Quba Rayon Təşkilat nümayəndəsi :
İsmiyeva Şəlalə

Previous articleŞəhidlərimizi tanıyaq və tanıtdıraq – Məmmədov Vüsal
Next articleBir ildə 3 bəyanat! Soçinin əsas fərqi… – Markedonov

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here