Home Qarabağ Minaya düşən hərbçilərin ayaqları amputasiya edildi

Minaya düşən hərbçilərin ayaqları amputasiya edildi

103
0

Füzuli rayonunda minaya düşən Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının hərbi qulluqçularının son durumu açıqlanıb.

Sosialxəbər.az Report-a istinadən xəbər verir ki, Daxili Qoşunların hərbi qulluqçuları – 2001-ci il təvəllüdlü Sarib Məmmədzadə ilə 2002-ci il təvəllüdlü Murad Məmmədzadənin ayaqlarından biri amputasiya edilib.

Hazırda hər iki şəxsin vəziyyəti stabildir.

Qeyd edək ki, DİN Daxili Qoşunların hərbi qulluqçuları – 2001-ci il təvəllüdlü Sarib Məmmədzadə ilə 2002-ci il təvəllüdlü Murad Məmmədzadə Füzuli rayonunun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Previous articleYeni açılan məktəbin direktoru işdən azad edildi
Next articleSoçidə Əliyevin diktə etdiyi şərtlər

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here