Home Cəmiyyət Bakıda müşahidə olunan dumanın səbəbi açıqlandı

Bakıda müşahidə olunan dumanın səbəbi açıqlandı

239
0

Ölkə ərazisində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir. Nisbətən soyuq səth üzərində isti və rütubətli havanın hərəkəti nəticəsində dumanlı hava şəraiti müşahidə olunur.

Sosialxəbər.az xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O qeyd edib ki, rütubətin yüksək olması, yerüstü təbəqə buludların mövcudluğu, mülayim və azsürətli küləklərin üstünlüyü yerə yaxın təbəqədə dumanın inkişafına şərait yaradır.

G.Məmmədova bildirib ki, belə hava şəraiti bu gün, noyabrın 30-u gecə və səhər saatlarında fasilələrlə duman olacaq.

Previous articleNaxçıvanın məşhur MTN naziri vəfat etdi
Next articleAzərbaycanın növbəti uğuru: Ermənistanın isə məğlubiyyət seriyasının davamı – Rəfail Becanov

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here