Home Qarabağ Şəhidlərimizi tanıyaq və tanıtdıraq – Əsgərov Rüfət

Şəhidlərimizi tanıyaq və tanıtdıraq – Əsgərov Rüfət

469
0

Əsgərov Rüfət Qabil oğlu – 29 Yanvar 1997 – ci ildə Rusiya Federasiyasının Rostov vilayətində dünyaya gəlmişdir. 1 – ci sinifi Rusiyada oxumuşdur. Demək olar ki, Azərbaycan dilin bilmirdi. Sonradan Azərbaycana köçməli olan Rüfət 10 gün ərzində Azərbaycan dilini öyrənərək Bəhlulzadə adına xarici dillər təmaüllü gimnaziyasına imtahan verib yüksək balla qəbul olmuşdur. Rüfət bu təhsil ocağında bilikdən, təhsildən əlavə özünə çox mehriban dostlar, kollektiv qazanmışdır. Ele dostlar ki, bir neçə il keçməsinə baxmayaraq bugünki gündə də Rüfəti və Rüfətin ailəsini unutmayan dostlar!

2015 ci il – Əsgərov Rüfət Qabil oğlu orta məktəbi bitirib, Azərbaycan Dövlət İqtisad Universitetinin “Biznes və Menecment” fakultəsinin “Menecment” ixtisasına qəbul oldu.
O, tələbəlik illərində mərd, zarafatcıl və mərhəmətli xarakteri ilə fərqlənirdi. Rüfətin üzündən heç bir zaman gülüş, təbəssüm əksik olmurdu. Bu təbəssüm ondan bizə xatirə qalan şəkillərdə də bir sübutdur, xatirədir. Demək olar ki hər bir şəklilində üzündə səmimi gülüş təbəssüm yer alır. Daima oxuduğu qrupu şənləndirən, mehriban Rüfət məzun olduqdan sonra da hər kəsin ürəyində dərin iz buraxdı. Müəllimləri onu hazırcavab və cəsur tələbə kimi xatırlayırlar. Özünə oxuduğu illər ərzində bir neçə dost qazanmışdır. Qazandığı dostlarında həyatına marağ qatan ən vacib insanlardan biri də Rüfət idi. Amma Rüfət məhz o dostlarının gələcəyi üçün, ailəsi üçün, vətəni üçün, öz canını bu torpağa qurban verdi..


2020-ci ilin son baharında Rüfət Əsgərov İqtisad Universitetinin şəhid məzunu kimi adını yaddaşa yazdı. Rüfətin tələbəlik illərinə Aprel döyüşləri də təsadüf etmişdi.Həmin dövrdə də onun vətənə olan bağlılığı özünü göstərirdi.Nəhayət, elə bir zaman onun üçün yetişdi ki, o, bunu öz əməlində də sübut etdi. Məzun olduqdan sonra Qarabağ bölgəsində vətənə xidmətə yollanan Rüfət Xocavənd, Qubadlı, Füzuli və Şuşanın alınmasında ağır döyüşlərdə iştirak edərək ən ali zirvəyə – Şəhidlik zirvəsinə adını yazdırdı. Ruhun şad olsun, Şəhid Əsgər Rüfət Əsgərov!

Şəhidimiz Bakı şəhəri Binə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn olunub.Ölümündən sonra Fizuli, Xocavənd, Qubadlı uğrunda gedən döyüşlərdə cəsur iştirakına görə medallarla təltif olunmuşdur.

Azərbaycan Respublikası Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin nümayəndəsi Məmmədova Günel.

Previous articleŞəhidlərimizi Tanıyaq və Tanıtdıraq – Qasımov Kamran
Next articleLaçın dəhlizində səngər döyüşü

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here