Home Qarabağ Şəhidlərimizi Tanıyaq və Tanıtdıraq – Qasımov Kamran

Şəhidlərimizi Tanıyaq və Tanıtdıraq – Qasımov Kamran

141
0

Qasımov Kamran Fazil oğlu 2001-ci il fevral ayının 20-də Gədəbəy rayonunun Qaravəlilər kəndində anadan olmuşdur. Hansı ki, bu füsunkar kənd mənfur düşmənlə sərhəddə yerləşir. Kamran 5 yaşına qədər bu kənddə böyüdü. Müəyyən səbəblərdən ailə Bakı şəhərinə köçdüyündən Kamran 1 – ci sinifə şəhərdə getməli oldu. O, 2007-ci ildə zabrat qəsəbəsində yerləşən 192 saylı tam orta məktəbin birinci sinifinə daxil oldu. Tez bir zamanda müəllimlərinin sevimlisinə çevrildi. Mehribançılığı, sevimliliyi və qoçaqlığı ilə hər kəsdən seçilən Kamran 2016-cı ildə həmin məktəbin 9-cu sinfini bitirir. Həmin il 14 saylı peşə litseyinə daxil oldu. Kamran burada da özünə hörmət qazandı. Müəllimləri, dostları onun haqqında ürək dolusu danışırdı. Kamran təhsil almaqla yanaşı, vaxt tapdıqca işləyib ailəsinə kömək edərdi. Hər yay aylarında isə doğulduğu kəndə gələrdi.
23.07. 2019-cu ildə Kamran Gədəbəy R.H.K tərəfindən hərbi xidmətə yola salındı. O, Füzuli rayonu Cocuq Mərcanlı kəndində 706 nömrəli hərbi hissənin 4-cü taborunun 12-ci bölüyündə hərbi xidmətə başladı. Xidmət yeri 2016-cı ildə aprel döyüşləri nəticəsində azad olunan Lələ təpə yüksəkliyi idi. Xidmət vəzifəsini şərəflə yerinə yetirən Kamran az vaxt ərzində əsgər dostlarının və zabitlərinin sevimlisinə çevrildi. Kamran hər tapşırığı vaxtında və düzgün əməl edən bir əsgər idi.
Hərbi xidmətdə Kamran pulemyot kursuna yazılır və dəfələrlə bu kursa 1-ci yerə çıxır.
Müharibənin ilk günlərindən Kamran döyüşlərin içində torpaqlarımızın azadlığı uğurunda döyüşmüşdür.
Döyüş zamanı baş atıcı olaraq öz tapşırığını şərəflə yerinə yetirən Kamran xeyli sayda düşmənin canlı qüvvəsini məhv etmişdir. Döyüşlər zamanı mühasirədə qalan 62 nəfərə Əsgərimizi Mühasirədən azad olunmasında iştirak etmişdir. Kamran Füzulidən Xocavəndə qədər döyüş yolu keçmiş və qəhrəmancasına döyüşmüşdür. Kamran oktyabrın 26-da döyüş zamanı qəhrəmanlıq göstərərək şəhid olmuşdur. Onun nəşi isə 26 noyabr, atasının ad günündə torpağa tapşırılmışdır. Kamran ölümündən sonra ” Vətən uğurunda”, “Füzuli uğurunda” və “Xocavənd uğurunda” medalları ilə təltif olunmuşdur. Kamran qısa ömür yaşasa da, mənalı bir həyat yolu keçdi.

Azərbaycan Respublikası Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin Qadınlar Şurasının Sədri Nəcibə Ağamalıyeva

Previous articleMənsum İbrahimovun qızına XİN-də yüksək vəzifə verildi
Next articleŞəhidlərimizi tanıyaq və tanıtdıraq – Əsgərov Rüfət

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here