Home Qarabağ Putin “dəhliz” dedi… – Soçi görüşünün nəticələri

Putin “dəhliz” dedi… – Soçi görüşünün nəticələri

240
0

Cənubi Qafqazda süni və lokal qarşıdurma ocaqları, aqressiv və barışmaz mühit yaratmaqla 44 günlük müharibənin formalaşdırdığı reallıqların bölgədə sülhün, əminamanlığın təmin edilməsinə təsir imklanlarını məhdudlaşdırmağa çalışan qüvvələrin cəhdlərinə, həmçinin rəsmi İrəvanın daxili ictimai rəyə və regiondankənar amillərə istiqamətlənmiş ənənəvi manipulyativ davranışlarına baxmayaraq, Azərbaycan və Rusiya prezidentlərinin, eləcə də Ermənistanın baş nazirinin iştirakı ilə üçtərəfli görüş baş tutdu və 3 saaat davam edən müzakirərin nəticəsi olaraq, 2020-ci il 9 (10) noyabr, 2021-ci il 11 yanvar tarixli bəyanatların bütün müddəalarının bundan sonra ardıcıl surətdə yerinə yetirilməsinin və dönmədən riayət olunmasının vacibliyinin vurğulandığı bəyanata imza atıldı.

Sosialxəbər.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Elçin Mirzəbəyli 26 noyabrda Soçidə baş tutan üçtərəfli görüşün nəticələri haqda qeyd edib.

O bildirib ki, son 11 ay ərzində bölgədə cərəyan edən prosesləri, regiondaxili və xarici qüvvələrin spekulyativ revanşçı davranışlarını, Cənubi Qafqaza münaqişələr vasitəsilə təsir imkanlarının məhdudlaşması ilə barışa bilməyən, illeqal iqtisadi fəaliyyətdən və digər qeyri-qanuni, cinayət xarakterli gəlir mənbələrindən əli üzülən regional, subregional və qlobal subyektlərin pozucu cəhdlərini, uğursuz əzələ nümayişlərini, insan ölümləri ilə nəticələnən hərbi provokasiyaları, saysız-hesabsız digər təxribatları nəzərə alsaq, Soçi görüşünün nəticələri birmənalı olaraq müsbət dəyərləndirilməlidir:

“Şübhəsiz ki, keçirilməsi noyabrın 9-da gözlənilən və qeyd etdiyim səbəblərdən ertələnən görüşün keçirilməsi və imzalanan sənəd Azərbaycanın konkret fakt daxilində qarşısına qoyduğu məqsədlərə nail olduğunu nümayiş etdirir.

Yekun sənəddə rəsmi İrəvanın postmüharibə dövründə revanşçı daxili və maraqlı xarici dairələrə hesablanmış bütün bəyanat və açıqlamalarına rəğmən, “Qarabağ” ifadəsinə, Ermənistanın və istifadəçi-himayəçilərinin “əsir və girov”larla bağlı qondarma iddialarına yer ayrılmayıb. Bu isə rəsmi İrəvanın müzakirə predmetinə çevirmək istədiyi bütün məsələlərin Azərbaycan tərəfindən qətiyyətlə rədd edildiyini və Ermənistanın növbəti dəfə rəsmi Bakının prinsipial mövqeyi ilə barışmağa məcbur olduğunu nümayiş etdirir”.

Politoloq bildirib ki, yekun bəyanatda yer alan daha bir önəmli məqam sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlıdır:

“Burada da Azərbaycanın mövqeyi əsas götürülüb. Fikrimi əsaslandırmaq üçün Soçidə imzalanan üçtərəfli bəyanatın müvafiq hissəsindən iqtibas gətirmək istəyirəm: “Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə şərtləşdik”.

Burdan göründüyü kimi, Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı hissələr fərqli müzakirə və icra kontekstindən təqdim olunur. Və müzakirələr üçüncü tərəfin, yaxud tərəflərin iştirakı olmadan Azərbaycanla Ermənistan arasında aparılır. Rusiya isə bu prosesə sonradan, həm də tərəflərin sorğusu əsasında, masa üzərində razılaşdırılmış məsələlərin icrası – sərhədlərin demarkasiyası (xətlənməsi) zamanı, məsələhətçi kimi qoşulur. Bu isə, qənaətimə görə, sərhəd dirəklərinin və nişanlarının yerləşdirilməsi zamanı dəqiqləşdirilmələrin aparılmasına ehtiyac duyulduğu halda Rusiya tərəfinin son zamanlar tez-tez xatırlatdığı hərbi xəritələrə müraciət edilməsiylə bağlı olan bilər. Düşünürəm ki, bu iqtibasın izahı delimitasiya və demarkasiya prosesi ilə bağlı təəssüratın formalaşmasına imkan verir. Məlum olduğu kimi, Ermənistan delimitasiya və demarkasiya ilə bağlı məsələlərin gündəmə gəldiyi ilk gündən prosesdə xarici dairələrin iştirakına zəmin yaratmağa çalışırdı. Gah Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını şantaj etməklə, sözügedən təsisatı bu prosesə cəlb etmək istəyir, gah da regiondankənar qüvvələrin siyasi müstəvidə olsa belə, aktiv müdaxiləsi üçün çeşidli bəhanələr yaratmağa çalışırdı. Soçidə imzalanan bəyanatdan da göründüyü kimi, rəsmi İrəvan sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Azərbaycanın irəli sürdüyü şətlərlə şərçivəsində hərəkət etmək məcburiyyətində qalıb”.

E.Mirzəbəylinin sözlərinə görə, Soçi bəyanatında avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı imperativ məqamların da yer alması, şübhəsiz ki, Azərbaycanın ilk növbədə Zəngəzur dəhlizinin gerçəkləşdirilməsi ilə əlaqədar israrlı mövqeyinin nəticəsidir:

“Rusiya Prezidentinin mətbuat üçün açıqlamalarında “nəqliyyat dəhlizi” ifadəsinin yer alması, rəsmi İrəvana 10 noyabr bəyanatının 9-cu bəndinin təkrar izahı kimi də qəbul oluna bilər.

Soçi görüşünün və bəyanatının ən önəmli cəhətlərindən biri də Azərbaycanla Ermənistan arasında bundan sonra da baş tutacaq təmaslarda, o cümlədən dekabrın 15-də Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşdə müzakirə olunacaq məsələlərin dəqiq sərhədlərinin müəyyənləşdirilməsidir”.

Previous articleSoçi görüşünün nəticələri ilə bağlı bəyanat – Tam mətn
Next articleXəzərdə zəlzələ oldu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here