Home Hərbi Zakir Həsənov Orduya göstəriş verdi: Hər an hazır olun!

Zakir Həsənov Orduya göstəriş verdi: Hər an hazır olun!

1333
0

Hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daha da yüksəldilməsində Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinə əsaslanan “Komando hazırlığı” kurslarının xüsusi əhəmiyyəti var.

Sosialxəbər.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov yeni yaradılan əməliyyat (komando) hərbi hissəsində şəxsi heyətə beretlərin təqdim edilməsi mərasimində deyib.

Müdafiə naziri şəxsi heyətə Silahlı Qüvvələrin Ali Baş Komandanının yeni döyüş tapşırıqlarının icrasına hər an hazır olmaları barədə müvafiq göstərişlər verib.

General-polkovnik Z.Həsənov Azərbaycan Ordusunun hərbi qulluqçularının, eləcə də hərbi hissənin şəxsi heyətinin Vətən müharibəsində göstərdikləri şücaət və qəhrəmanlıqları yüksək qiymətləndirdiyini bildirib.

Previous articleYolu verməsək, Azərbaycan Ordusu girəcək – Paşinyan
Next articleİlham Əliyev Soçiyə getdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here