Home Milli Məclis Sahibə Qafarova Rusiyaya getdi

Sahibə Qafarova Rusiyaya getdi

277
0

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın Şura və 53-cü plenar iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasına səfərə gedib.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Sankt-Peterburqun “Pulkovo” Hava Limanında Milli Məclis sədrinin başçılıq etdiyi nümayəndə heyətini MDB PA Şurasının Baş katibi Dmitriy Kobitskiy, ölkəmizin Sankt-Peterburq şəhərindəki baş konsulu Sultan Qasımov və digər rəsmi şəxslər qarşılayıblar.

Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın Şura iclasında və MDB PA çərçivəsində keçiriləcək beynəlxalq konfransda iştirak edəcək. Spikerin tədbirə qatılacaq nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub.

Previous articleQarabağda Ermənistanın işğal etdiyi üç növ ərazi var
Next articleFransada erməni vandalizmini əks etdirən fotosərgi açıldı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here