Home Hadisə Xəzərdə köməksiz qalan iki nəfər xilas edildi

Xəzərdə köməksiz qalan iki nəfər xilas edildi

1108
0

Noyabrın 21-də axşam saatlarında Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin Mərkəzi Regional şöbəsinin Sahil nəzarət bölməsinə balıqçı qayığının mühərriyində yaranan nasazlıq səbəbindən 2 nəfərin dənizdə köməksiz qalmaları barədə məlumat daxil olub.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a DSX-nin Mətbuat Mərkəzindən bildirilib.

Təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi nəticə­sində qayığın koordi­natları müəyyənləşdirilib, əraziyə göndərilən sərhəd gözətçi gəmisi tərəfindən Sumqayıt reydində sahildən təqribən 4 mil aralı dənizdə qalmış balıqçı qayığının heyəti-Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsinin sakinləri Hüseynov Fuad Əmircan oğlu və Hüseynov Ramil Əmircan oğlu xilas edilərək üzmə vasitəsi ilə birlikdə sahilə çıxarılmaları təmin olunub.

Previous articleRus sülhməramlıları Qarabağda humanitar aksiya keçirdi
Next articleTerrorizm ermənilərin mentalitetindədir – İsrail eksperti

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here