Home Qarabağ Putin Nikola zəng etdi, amma Əliyevə yox. Niyə?

Putin Nikola zəng etdi, amma Əliyevə yox. Niyə?

44
0

Bəri başdan deyək ki, Brüsseldə prinsipial məsələlər həll edilməyəcək, hər hansı sənəd imzalanmayacaq. Sadəcə olaraq tərəflər sülh müqaviləsinə, sərhədlərin demarkasiyası və delimitasiyasına, eləcə də Zəngəzur dəhlizinin açılmasına dair ilkin fikir mübadiləsi aparacaqlar. Əsas müzakirələr, sənədlərin imzalanması, danışıqların həlledici mərhələsi isə Moskvaya qalır.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın dekabrın 15-də Brüsseldə gözlənilən görüşünü şərh edərkən deyib.

“Məlumdur ki, Paşinyan danışıqlar prosesində ABŞ və Fransanın iştirakını təmin etmək istəyir. Həmçinin Brüssel görüşündən də istifadə edib, müzakirələrə Avropa ölkələrini, xüsusilə ATƏT-in Minsk Qrupunu qoşmağa çalışır. Minsk Qrupunun əsas niyyəti Qarabağın dağlıq hissəsində yaşayan erməni separatçılarının “statusu” məsələsini gündəmə gətirməkdir. Ancaq Azərbaycan qəti şəkildə bunun əleyhinədir. Böyük ehtimalla, Azərbaycan tərəfi bunun reallaşmasına imkan verməyəcək”, – politoloq bildirib.

Q.Hüseynlinin sözlərinə görə, Qərb dövlətləri, xüsusən Fransa və ABŞ çalışır ki, Ermənistanın vasitəsilə regiona cəlb olunsunlar:

“Amma Rusiya onları yaxın buraxmır. Valday klubunda çıxışı zamanı Putin söyləmişdi ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirməsini üç dövlət bir yerdə, Rusiyanın moderatorluğu ilə həyata keçirəcək. Başqa bir dövlətin iştirakına ehtiyac yoxdur. Bu, Qərblə Rusiya arasında rəqabət olduğunu aydın surətdə üzə çıxartdı. İndi isə AB Şurasının Prezidenti Şarl Mişel fürsətdən istifadə etdi. Onsuz da Paşinyan onların quludur. Əliyev Brüsseldə görüşə razılıq verdi. Çünki biz danışıqlardan qaçmırıq. Amma onu da unutmuruq ki, bu danışıqlarda moderatorluq Qərblə Rusiya arasında rəqabətə çevrilib”.

Politoloq qeyd edib ki, noyabrın əvvəlində təyin olunmuş üçtərəfli görüşü Paşinyan boykot etdi:

“Çünki keçmiş Dağlıq Qarabağın “status” məsələsinin görüşün gündəliyində olmayacağını bilirdi. Digər tərəfdən, Paşinyan sərhədlərin müəyyənləşməsinə hazır deyildi. Ancaq sərhəddən baş verən son insident və Ordumuzun təxribatın qarşısını sərt şəkildə almasından sonra başqa yolu qalmadı”.

Q.Hüseynli Brüsseldə görüş xəbəri yayıldıqdan sonra Putinlə Paşinyan arasında baş tutan telefon danışığını belə şərh edib:

“Putinin Paşinyanla danışmasının səbəbi ona xəbərdarlıq etmək idi. Paşinyana izah edildi ki, Qərbi bölgəyə gətirməyə çalışmasın. Putin nə üçün Əliyevə zəng etmədi? Çünki Bakının mövqeyi tam, aydın və şəffafdır, fitnə-fəsadı quran Paşinyandır. Axırıncı telefon danışığından sonra Paşinyan tam fərqli açıqlama verdi. Görünür, Putin ona mövqeyini yaxşıca izah edə bilib”.

Previous articleGənclər Təşkilatı narkomaniyaya qarşı tədbirlərini Astara rayonunda davam etdirir
Next articleAzərbaycanın vəzifəli şəxsi Türkiyədə vəfat etdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here