Home Qarabağ İrəvan nə təxribata, nə də terror son qoyacaq – Sıtin

İrəvan nə təxribata, nə də terror son qoyacaq – Sıtin

222
0

Ermənistan öz bildiyini edir, o, Azərbaycanla münaqişədə müsbət dəyişikliklərdə maraqlı deyil.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a rus ekspert Aleksandr Sıtin rəsmi İrəvanın Azərbaycana minalanmış ərazilərin xəritələrini verməməsi və yaxud yalnız 25 faiz dəqiq olan xəritələrin təqdim edilməsi haqda danışarkən deyib.

Onun sözlərinə görə, İrəvanın əsas məqsədi Azərbaycanı bütün Ermənistan ərazisinə qarşı hərbi təcavüzə təhrik etməkdir:

“Çünki yalnız belə olduğu təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının razılaşması işə düşəcək. Ermənistanın məqsədi də məhz bundan ibarətdir, o, nə təxribatlara, nə də açıq terrora son qoyacaq, münaqişəni qızışdırmaq üçün istənilən bəhanədən istifadə edəcək”, – deyə rus ekspert bildirib.

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə 2020-ci il noyabrın 10-dan cari il noyabrın 22-dək mina partlaması nəticəsində 180-ə yaxın şəxs həlak olub və ya yaralanıb. Onların böyük əksəriyyəti mülki şəxslərdir.

Previous articleAzərbaycan və Pakistan arasında saziş imzalanacaq
Next articleRus sülhməramlıları Qarabağda humanitar aksiya keçirdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here