Home Qarabağ Şəhidlərimizi tanıyaq və tanıdaq

Şəhidlərimizi tanıyaq və tanıdaq

50
0

Səttər Piriyev 1998-ci il oktyabrın 25-də Quba rayonunun Zərdabi qəsəbəsində anadan olub. 2004-2012-ci illərdə B. Şıxəmirov adına Zərdabi qəsəbəsi tam orta məktəbində, 2012-2015-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) alıb.

Səttər Piriyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində “leytenant” hərbi rütbəsində xidmət edirdi.
Azərbaycan Ordusunun leytenantı olan Səttər Piriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə bölmələrin mühasirədən çıxarılmasın da, həmçinin yaralı hərbçilərin döyüş meydanından təxliyəsində fərqlənib. Səttər Piriyev noyabrın 7-də Xocavənd döyüşləri zamanı “Qızılqaya” və “Üçtəpə” adlandırılan ərazilər istiqamətində şəhid olub. Quba rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səttər Piriyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Səttər Piriyev ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səttər Piriyev ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edildi.
Allah şəhidlərimizə rəhmət eləsin!

Azərbaycan Respublikası Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyin Quba Rayon Təşkilat nümayəndəsi : İsmiyeva Şəlalə

Previous articleBəzi ərazilərdə qaz olmayacaq – RƏSMİ
Next articleŞəhidlərimizi tanıyaq və tanıdaq- şəhid – Elmir Orucov

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here