Home Hadisə Keçmiş məhkumdan odlu silah götürüldü

Keçmiş məhkumdan odlu silah götürüldü

48
0

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Babayev saxlanılıb.

Sosialxəbər.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı gödəkçəsinin altında gizlətdiyi lüləsi və qundağı kəsilmiş odlu silah aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

Previous articlePutin bu zənglə Paşinyana başa saldı ki…
Next articleAzərbaycanda güclü zəlzələ təhlükəsi var? – Video

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here