Home QHT Gənclər Təşkilatı narkomaniyaya qarşı tədbirlərini Astara rayonunda davam etdirir

Gənclər Təşkilatı narkomaniyaya qarşı tədbirlərini Astara rayonunda davam etdirir

355
0

Sosialxəbər.az xəbər verir ki, “ Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi ictimai Birliyi Azərbaycan Respublikasınin Gənclər fondunun dəstəyi ilə “ Narkomaniya insanlığın faciəsidir” adlı növbəti tədbirini 16 noyabr 2021- ci il tarixində Astara rayonunda davam etdirib.

Rayon Mərkəzi kitabxanasında keçirilən tədbirdə rayon ziyalıları, Astara pedaqoji kollecinin tələbələri, Astara rayon 1 saylı tam orta məktəbin yuxarı sinif şagirdləri və rayon gəncləri iştirak edib. Dövrümüzün ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniyanın fəsadlar baradə geniş müzakirələr aparılıb.

Təşkilatın nümayəndəsi Tələt Qəribov çıxışında deyd etdi ki, narkomaniya təkcə insanların sağlamlığına ziyan vurmur, o eyni zamanda cəmiyyətdə bir cinayəkarlar dəstəsi yetişdirir. Rayon ağsaqqallar şurasının sədri Natiq İbadov, Pedaqoji kolleci tələbə gənclər təşkilatının sədri Elgün Əzimov, kollejin tələbəsi Yüksər Salmanzadə, 1 saylı tam orta məktəbin şagirdi Kəmirə Heydərova, Ziba Qurbanzadə və başqaları narkomaniya haqqında, gənclərimizi bu bəladan xilas yolları barədə öz fikirlərini bildirdilər.

Previous articleKəlbəcər başdan başa zənginlikdir
Next articlePutin Nikola zəng etdi, amma Əliyevə yox. Niyə?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here