Home Cəmiyyət Azərbaycanda güclü zəlzələ təhlükəsi var? – Video

Azərbaycanda güclü zəlzələ təhlükəsi var? – Video

244
0

Dünən Şamaxıda baş verən zəlzələdən sonra gecəboyu yenə təkanlar baş verib. Zəlzələlərdən biri yerli vaxtla saat 16:46-da Pirqulu seysmoloji stansiyasından 20 kilometr cənubda – Şamaxı rayonu ərazisində 5,1 gücündə, ikincisi isə 16:48-də 4,5 bal gücündə olub. Orta gücdə olan iki zəlzələdən sonra kiçik təkanlar müşahidə edilib. Mütəxəsislər bunun normal olduğunu, narahatlığa heçbir səbəbin olmadığını bildirir.

Sosialxəbər.az Xəzər-Xəbərə istinadən xəbər verir ki, dünən Şamaxıda baş verən zəlzələlərdən sonra maqnitudası 2, 2.5 və 1.5 olan afterşoklar müşahidə olunub.

Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib ki, bu afterşokların davam etməsi normaldır. O bildirib ki, zəlzələdən sonra afterşokun olmaması təhlükəlidir.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli əlavə edib ki, Şamaxı seysmik cəhətdən aktiv zona olduğundan təkanların enerji toplanmış digər zəlzələ ocaqlarına da müəyyən qədər təsiri ola bilər. Lakin dağıdıcı gücdə zəlzələ baş verməyəcək. Qurban Yetirmişli vətəndaşları narahat olmamağa çağırıb.

Qeyd edək ki, dünən baş verən zəlzələ zamanı dağıntılara rast gəlinməyib. Bəzi zəif tikililərin divarlarında çatların yaranması isə tikintinin keyfiyyətsiz aparılması səbəbindən baş verib.

Previous articleKeçmiş məhkumdan odlu silah götürüldü
Next articleŞuşada bu proqramın tətbiqinə başlanıldı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here