Home Qarabağ Qriqoryanın şərləməsi: Bakı sevinməlidir – Mixaylov

Qriqoryanın şərləməsi: Bakı sevinməlidir – Mixaylov

267
0

Ermənistan çoxdan Rusiyaya eyham vurur ki, əgər İrəvanı öz milli maraqlarına zidd olsa belə dəstəkləməsə, Ermənistan Qərb ölkələrinə yönələcək.

Sosialxəbər.az bildirir ki, Bu fikirləri Axar.az-a açıqlamasında rusiyalı ekspert Yevgeni Mixaylov Ermənistan Təhlükəsizlik Şurasının katibi Qriqoryanın “Rusiya Ermənistana kömək etməsə, o zaman İrəvan digər variantlar axtarmalı olacaq” bəyanatını şərh edərkən deyib.

“Təəccüblənəcək heç nə yoxdur. Qriqoryanlar və onun kimiləri indiki vəziyyəti ümumiyyətlə başa düşmürlər və ilk növbədə Ermənistan əhalisinin ziyanına hərəkət edirlər. Təbii ki, onlar əksini qışqıra bilərlər, amma aydındır ki, tamamilə inkişaf etməmiş dövlət təhsilinin nəticəsi lan bu siyasətçilər Qərb tərəfdaşlarından qrantlar alaraq, fəaliyyət göstərirlər.

İrəvanda mərkəzləşdirilmiş güc yoxdur, həm siyasi gündəmin özündə, həm də əvvəllər imzalanmış müqavilələr üzrə öhdəliklərdə çaşqınlıq yüksəkdir. Bununla bağlı bir şeyi deyə bilərəm: Moskvaya qarşı bu cür şantajlar “erməni müttəfiqi” ifadəsinin etibarını tamamilə sarsıdır və mən əminəm ki, Rusiyanın siyasi rəhbərliyi bu cür hücumlara cavab vermək üçün artıq qabaqlayıcı tədbirlər hazırlayır. Amma prinsipcə, Azərbaycana yalnız baş verənlərə sevinmək qalır. Erməni qonşular meşədə nə qədər uzağa getsələr, bir o qədər çox odun qıracaqlar və onların hərəkətləri birmənalı olaraq Rusiyanı Bakının tələblərini dəstəkləməyə getdikcə daha həvəslə istiqamətləndirəcək”, – deyə həmsöhbətimiz bildirib.

Previous articleNikol Moskvadan imtina etdi: Əliyev görüşə niyə razılaşdı?
Next articleBu da 16 Noyabr döyüşünün siyasi nəticəsi…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here