Home Qarabağ Rüsvayçılıqla uduzan ermənilərin təxribatı… – Marçilyano

Rüsvayçılıqla uduzan ermənilərin təxribatı… – Marçilyano

44
0

Son günlər sərhəddə törədilən təxribatlar İrəvan rejiminin bəzi qanadlarının sərhəddə gərginliyi yenidən alovlandırmaq, Moskvada başlayan sülh danışıqlarını iflasa uğratmaq cəhdidir.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a İtalyanın geosiyasi analitik və beynəlxalq araşdırmalar üzrə düşüncə mərkəzi “Il Nodo di Gordio”nun baş elmi işçisi Andrea Marçilyano Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribatı şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycana böyük bir rüsvayçılıqla məğlub olan Ermənistan silahlı qüvvələrinin və onun törəmələrinin reallaşdırdığı hücumlar güclü Azərbaycan Ordusu üçün real hərbi təhlükə təşkil etmir:

“Ermənilərin məğlubiyyəti açıq-aydındır, düzünü desəm, belə bir məğlubiyyətdən sonra hər hansı bir yeni hücuma keçirməyi ağıllarına gətirəcəklərini zənn etmirəm. Əksinə, onlar rəsmi Bakı ilə stabil razılaşma əldə etməyə hazır görünür. Ermənistan sadəcə Kremlə çətinlik yaratmağa çalışır. Doğrusu, İrəvanın hakimiyyət saraylarında baş verənləri deşifrə etmək maraqlı olardı. Çünki bu hücumlar, ehtimal ki, hərbi ekstremist fraksiya tərəfindən sülhü pozmaq cəhdləridir. Azərbaycan qoşunları təbii ki, özünü müdafiə etməlidir”.

İtaliyalı analitikin fikrincə, hazırda problem hərbi deyil, siyasidir:

“Təxribatlar isə məhz siyasi xarakter daşıyır? Çünki baş verənlər Ermənistan üçün daha çox daxili problem kimi görünür və şübhəsiz ki, Rusiyanın maraqlarının əleyhinədir”, – deyə Marçilyano bildirib.

Previous articleQriqoryan qərbli ağalarına mesaj verdi – Denisov
Next articleBakıda 7 il əvvəl qətl törədən avtoritet saxlanıldı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here