Home Qarabağ Qriqoryan qərbli ağalarına mesaj verdi – Denisov

Qriqoryan qərbli ağalarına mesaj verdi – Denisov

284
0

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Rusiya Ermənistana kömək etməsə, İrəvan başqa variantlar axtarmalı olacaq” bəyanatı sövdələşmə cəhdinə bənzəyir. Yarayacaqmı? – Qətiyyən. Rusiya ilə münasibətlərdə isə ümumiyyətlə bundan söhbət gedə bilməz.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında Rusiya Dövlət Dumasının keçmiş deputatı, “Rossotrudniçestvo”nun Azərbaycandakı ofisinin rəhbəri, iqtisad elmləri namizədi Valentin Denisov deyib.

O deyib ki, Gümrüdəki hərbi bazanın tikintisi zamanı Ermənistan tərəfindən oxşar sözləri eşitmişik:

“Anlayıram ki, bu, yalnız onun şəxsi düşüncələri deyil, hakimiyyətin digər üzvləri də elə düşünür. Nə deyək, Qərbə tərəf dönmək istəyirlərsə, dönsünlər. Ermənistan müstəqil dövlətdir. Yalnız bunu etməmişdən öncə erməni xalqına dəyəcək nəticələrə baxsınlar”.

V.Denisovun sözlərinə görə, İrəvanın bu bəyanatı lağlağı kimi səslənir:

“Bunun arxasında başqa məqam var: qərbli “yiyələrinə” özlərini göstərmək. Çünki qarşıda yeni maliyyə ili var. Bu, “bizi də unutmayın” deməkdir. Ermənistan-Azərbaycan sərhədindəki son təxribatlar bir zəncirin halqalarıdır. Nəticə etibarilə, onların məqsədi ötənilki üçtərəfli sazişi axmaqcasına “sıfırlamaqdır”: sərhədlərin delimitasiyası və demarkasiyasına, sülh müqaviləsinin hazırlanması prosesinə, Naxçıvana uzanan yolun açılmasına manə olmaqdır, regionda xaos və qorxunu yaymaqdır. Bunların heç biri alınmayacaq. Hər şeyin yenidən qanlı vərəqdən başlanılmasına icazə verilməyəcək. Amma yenə də sərhəddə həyatlarını itirmiş uşaqlara heyfsilənirəm”.

Ekspert vurğulayıb ki, indi Ermənistan özünü daha yüksək qiymətə satmaq istəyir. Hər kəsə satılmağa hazırdır, təki pul versinlər:

“Düşünürəm ki, ölkədə sağlam düşünən insanlar var və onlar erməni xalqının hakimiyyətin bu siyasi ziqzaqlarına görə hansı bədəli ödəyəcəyini anlayırlar”.

Previous articleBakıda bu yol 2 gün bağlı olacaq
Next articleRüsvayçılıqla uduzan ermənilərin təxribatı… – Marçilyano

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here