Home Hadisə Məktəblinin güllələnməsi ilə bağlı cinayət işi açıldı

Məktəblinin güllələnməsi ilə bağlı cinayət işi açıldı

1102
0

Noyabrın 18-də Orxan Kərimovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sosialxəbər.az bildirir ki, Mingəçevir Şəhər prokurorluğundan Axar.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanıdığı Əlvan Qasımovun şəxsi münasibətlər zəmnində qisas almaq məqsədilə “Makarov” tipli tapança ilə 5 dəfə atəş açaraq Orxan Kərimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Əlvan Qasımov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Previous articleBu şəxslər 1500 manatadək cərimələnəcək
Next articleDiqqət: Bu şəxslərə yeni şəxsiyyət vəsiqəsi verilir

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here