Home Qarabağ Bakı şərtlərini açıqladı, Paşinyan isə son cəhdini etdi

Bakı şərtlərini açıqladı, Paşinyan isə son cəhdini etdi

67
0

Sərhəddə atəşkəsdən bir gün sonra siyasi gündəlik açıqlandı:

– Rəsmi Bakı açıq mesaj verdi ki, sərhəddə gərginliyin sona çatmasının yolu delimitasiyadan keçir. Bayramov “Anadolu” agentliyinə açıqlamasında bildirir: “Sərhəd probleminin həll edilməsi üçün Ermənistan ilə Azərbaycan arasında birgə komissiya yaratmaq və sərhədlərin delimitasiya və demarkasiyasına başlamaq lazımdır. Düşünürəm ki, bu prosesin başlaması ilə bu gərginlik də sona çatar”;

– Rəsmi Ankara İrəvana çıxış yolunun Bakı ilə razılaşmaq olduğunun mesajını verdi. Çavuşoğlu bildirdi ki, Ermənistan məğlub olacaq, yeganə yolu sülh və sabitlikdir;

– Rəsmi Moskva sərhədin müəyyənləşməsinin vacibliyini gündəmə gətirdi: Rusiya XİN bildirir ki, son hadisələr Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası, daha sonra da demarkasiyası ilə bağlı işlərə ən tez zamanda başlamağın, aidiyyəti komissiyanın işə başlamasının vacibliyini göstərir.

Bölgədə üç əsas oyunçunun gündəliyi eynidir və bu, Ermənistan üçün yalnız bir açıq qapı saxlayır: sərhədin delimitasiyası və demarkasiyasına razılaşmaq; İrəvanın əks mövqeyi “məcburetmə əməliyyatının” davam etməsi deməkdir.

Rəsmi İrəvan sülhə hazır olduğunu bəyan edir, lakin öz gündəliyi var. Paşinyan bildirdi ki, biz Azərbaycana sülh sazişi imzalamağı təklif etmişik və edirik də: “Bildirmişik ki, ATƏT-in Minsk Qrupunun bütün fəaliyyəti sülh sazişinin imzalanmasına yönəlib. Tammiqyaslı danışıqlar prosesinin bərpasından danışırıq və bu prosesə cəlb olunmuşuqsa, deməli, məqsədimiz də sülh sazişini imzalamaqdır”.

Bu, Bakının sülh gündəliyinə uyğun deyil. Paşinyan yeni gündəlik təqdim edir və məqsəd Minsk Qrupu çərçivəsində “Qarabağ məsələsini” aktuallaşdırmaqdır. Döyüşlərdən sonra da İrəvanın bunu irəli sürməsi göstərir ki, Paşinyanı dəstəkləyən qüvvə bölgədən kənarda – Qərbdədir.

Və Nikol da anlayır ki, regionun gündəliyindən uzun müddət imtina edə bilməyəcək: danışıqlarda mümkün qədər nəsə əldə etməyə çalışır; bunun üçün həm də Qərbin bölgəyə gəlmək istəyindən rıçaq olaraq istifadə edir.

Previous articleİrəvan Rusiyanı şantaj edir, nəticəni görəcək – Korotçenko
Next articleSaatlıda karantini pozan toy sahibləri cərimələndi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here