Home Təhsil Ali məktəblərə qəbul olanların sayı artdı

Ali məktəblərə qəbul olanların sayı artdı

1244
0

Bu il ali təhsilin bakalavriat səviyyəsi üzrə qəbul olanların sayında ötən illə müqayisədə 1 047 nəfər artım olub.

Sosialxəbər.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, ali təhsilin magistratura səviyyəsi üzrə elektron ərizə qəbulunda iştirak edən bakalavrların sayı isə ötən illə müqayisədə iki dəfədən artıq, yəni 18 748 nəfər çox olub.

Qeyd olunub ki, bu artım 2021-ci ildə magistraturaya qəbul imtahanının bir mərhələ üzrə iki dəfə keçirilməsi ilə izah edilir. Eyni zamanda 9 illik baza üzrə orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün əvvəlki illərlə müqayisədə daha çox məzun müraciət edib. Bu onunla izah edilir ki, təhsil haqqında qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, subbakalavrlar öz ixtisaslarına uyğun olaraq ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimində imtahan vermədən birbaşa iştirak etmək hüququ əldə ediblər.

Ümumilikdə, bu il ərizə qəbulunda iştirak etmiş şəxslərin sayı ötən illə müqayisədə 32 261 nəfər (13.8%) çox, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş şəxslərin sayı isə 4 091 nəfər (5.4%) çox olub.

Previous articleQanunsuz işləyən heyvan kəsimi məntəqələri aşkarlandı
Next articleMikayıl Cabbarov Dünya Bankına Azərbaycanda qeyri-neft sektorunun inkişafı barədə məlumat verib

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here