Home Cəmiyyət Bu ərazidə qaz olmayacaq

Bu ərazidə qaz olmayacaq

224
0

Sumqayıt şəhərinin bəzi ərazilərində qaz olmayacaq.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Sumqayıt Qaz İstismarı Sahəsindən məlumat verilib.

Bildirilib ki, bu gün səhər saat 10:00-dan saat 17:00-dək Sumqayıt şəhərinin Kimyaçılar, Kotec, İnşaatçılar qəsəbələri, Xəzər bağları yaşayış massivi, 26-cı məhəllə, Bulvar ərazisinin qaz təchizatı dayandırılacaq və 8500 abonentin qaz təminatında məhdudiyyət yaranacaq.

Məhdudiyyətlərə səbəb Hacı Zeynalabdin qəsəbəsi – Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirməklə yenidən qurulması layihəsini həyata keçirilməsidir. Belə ki, tikinti sahəsinə düşən 273 mm-lik yeraltı orta təzyiqli qaz kəmərinin yenidən quraşdırılmış işlək qaz kəmərinə qoşulması məqsədi ilə qeyd edilən ərazilərdə gündüz saatların qazın verilişi dayandırılacaq.

Previous articleDaha 2 erməni terrorçunun məhkəməsi başlayır
Next articlePaşinyan sənədi imzaladı, ölkədən qaçacaq – İddia

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here