Home Qarabağ Azərbaycanlılar İrəvanı qarışdırdı: Yüzlərlə taksi…

Azərbaycanlılar İrəvanı qarışdırdı: Yüzlərlə taksi…

238
0

İrəvandakı “Yandex.Go” taksi xidməti həqiqətən də saxta sifarişlərə kütləvi cəhdlər qeydə alıb. Onlar müəyyən ünvanlara çağırılır, sonra isə ləğv edilir. Bununla belə, bütün hücumların qarşısı alınıb.

Sosialxəbər.az xəbər verir ki, bunu “Yandex.Go”nun beynəlxalq mətbuat xidmətinin rəhbəri Natalya Juravlyova deyib.

“Bu, xidmətimizə qarşı ilk belə hücum deyil. Biz onları necə izləməyi və effektiv mübarizə aparmağı bilirik. “Yandex.Go”nun texnologiyası onları bloklamağa qadirdir”, – Juravlyova bildirib.

Qeyd edək ki, bir müddət öncə Teleqramın Azərbaycan seqmentində istifadəçilər “Baqramyan 26” ünvanından “Zvartnos” aeroportuna taksi sifarişi ilə bağlı məlumatlar paylaşmışdı.

Juravlyova məsələ ilə bağlı bildirib ki, dünənki hücum elə də böyük olmayıb, imtinaların sayı adi göstəriciləri cəmi bir neçə dəfə üstələyib. Ən böyük hücumlardan biri isə oktyabrın 23-də olub. Həmin vaxt “Erablur” qəbiristanlığına (İkinci Qarabağ müharibəsində ölən erməni hərbçilərinin basdırıldığı qəbiristanlıq) kütləvi şəkildə taksi sifarişi edilmişdi.

Previous articlePaşinyan sənədi imzaladı, ölkədən qaçacaq – İddia
Next articleAlmaniya XİN nümayəndə heyəti Azərbaycana gəldi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here