Home Milli Məclis Almaniya XİN nümayəndə heyəti Azərbaycana gəldi

Almaniya XİN nümayəndə heyəti Azərbaycana gəldi

243
0

Noyabrın 16-da Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov Almaniyanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Mattias Lüttenberqin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Sosialxəbər.az bildirir ki, Milli Məclisdən Axar.az-a verilən məlumata görə, söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Almaniya Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz və Mərkəzi Asiya şöbəsinin birinci katibi, Azərbaycan üzrə kurator Benedikt Qöbel, Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq, səfirliyin müşaviri Andreas Holt və digər rəsmi şəxslər iştirak ediblər.

Previous articleAzərbaycanlılar İrəvanı qarışdırdı: Yüzlərlə taksi…
Next articleMilli Məclisin iclası başladı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here