Home Dünya Türkiyə və Azərbaycanla əlaqələrimiz daha dərindir… – Rəisi

Türkiyə və Azərbaycanla əlaqələrimiz daha dərindir… – Rəisi

208
0

Terror və mütəşəkkil cinayətkarlıqla mübarizədə Türkiyə ilə əməkdaşlığa hazırıq.

Sosialxəbər.az xəbər verir ki, bu sözləri İran prezidenti İbrahim Rəisi Tehran və Ankaranın terrorla mübarizədə birgə hərəkət edə biləcəyinə dair yaydığı yazılı açıqlamada bildirib.

“İki ölkə arasında əməkdaşlıq regionda sülhə və sabitliyə xidmət edəcək. Bizim regional əməkdaşlığımız beynəlxalq əməkdaşlığa çevrilməlidir. Biz Türkiyə ilə terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlığa hazırıq. Bu sahədə tərəfdaşlığımızı artırmaq istəyirik. İki ölkə arasındakı əməkdaşlıq regionun və iki ölkə xalqının mənafeyinə uyğundur. Türkiyə və Azərbaycanla əlaqələrimiz qonşuluq münasibətlərindən də dərin və tarixi mənalara malikdir”, – Rəisi deyib.

Previous articlePrezidentin yaratdığı quruma sədr əvəzi təyin edildi
Next article“Buta Eyrveys” bu ölkəyə uçuşlara başlayır

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here