Home Hadisə Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib

Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib

1150
0

Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb.

Sosialxəbər.az xəbər verir ki, hadisə aeroport şosesindəki körpünün üzərində baş verib.

Natiq Əzimov idarə etdiyi Vaz-21015 markalı avtomobillə hərəkətdə olan zaman nəqliyyat vasitəsini eyni istiqamətdə gedən Pərviz İbadova məxsus “Kia” markalı maşına çırpıb. Qəza nəticəsində hər iki sürücü və Vaz-21015-də olan sərnişin xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməldaşları cəlb edilib.

Qəzaya uğrayan avtomobillər cərimə meydançasına yerləşdirilib.

Previous articleBakı təxribata qarşı bu addımı atmalıdır – Fransız ekspert
Next articleYol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here