Home Qarabağ Minaya düşən şəxsin meyiti ərazidən götürüldü

Minaya düşən şəxsin meyiti ərazidən götürüldü

51
0

Ağdam rayonunda minaya düşən şəxsin meyiti ərazidən götürülüb.

Sosialxəbər.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib.

Onun sözlərinə görə, noyabrın 15-də Ağdam rayonunun Tağıbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşərək həlak olan Ağdam rayon sakini Zaur Ağayevin meyitinin ərazidən götürülməsi üçün müvafiq qurumların əməkdaşları tərəfindən intensiv tədbirlər keçirilib.

Həmin şəxsin meyiti noyabrın 16-da ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Previous articleSahibə Qafarova İlham Əliyevi təbrik etdi
Next articleOrdumuz düşmənə zərbə endirdi: erməni əsgərlər saxlanıldı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here