Home Qarabağ Bakı təxribata qarşı bu addımı atmalıdır – Fransız ekspert

Bakı təxribata qarşı bu addımı atmalıdır – Fransız ekspert

58
0

Təxribata boyun əymək Azərbaycanın tərzinə uyğun deyil, rəsmi Bakı Rusiya və Ermənistanın sülh sazişini imzalayan tərəf kimi öz öhdəliklərini yerinə yetirməyə çağırmalıdır.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a fransız mütəxəssis Naim Asas Ermənistanın son zamanlar törətdiyi təxribatlar haqda danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın Baş naziri tərəfindən imzalanan 10 noyabr bəyanatı Qarabağ münaqişəsində hərbi əməliyyatlara birmənalı olaraq son qoymalı olan atəşkəsdir:

“Həmçinin sözügedən bəyannaməyə əsasən əraziyə yerləşdirilən 2000-ə yaxın rus sülhməramlısı buradakı təhlükəsizliyin təminatçısıdır. Rusiya və Türkiyə bu razılaşmaya əməl olunmasını və pozucu elementlərin yanğını alovlandırmamasını təmin etməlidir. Azərbaycan müharibədə qalib gəldi, indi sülhü qorumalı və öz maraqlarını qanuni vasitələrlə müdafiə etməlidir. Ən məntiqli yol adekvat hərbi əməliyyatlara başlamazdan öncə beynəlxalq qurumlara müraciət etməkdir”, – deyə fransız mütəxəssis bildirib.

Previous articleBakının bu ərazisində qaz kəsiləcək
Next articleSabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here