Home Hadisə Tovuzda ağır qəza: 1 ölü, 6 yaralı

Tovuzda ağır qəza: 1 ölü, 6 yaralı

1045
0

Tovuzda 1 nəfərin ölümü, 6 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Sosialxəbər.az xəbər verir ki, hadisə rayonun Dönük Qırıqlı kəndində baş verib.

Belə ki, VAZ-21011 və VAZ-2107 markalı minik avtomobilləri toqquşub və nəticədə 1962-ci il təvəllüdlü Hüseyn Zeynalov dünyasını dəyişib.

Qəzada həmçinin 1998-ci il təvəllüdlü Aslanova Ayşə Vidadi qızı, 1991-ci il təvəllüdlü Alıyev Sabir Məzahir oğlu, 1963-cü il təvəllüdlü Məmmədova Rəna İdris qızı, 1992-ci il təvəllüdlü Həsənov Əmrah Şəhadət oğlu, 1972-ci il təvəllüdlü Məmmədov Siyavuş Aslan oğlu və 1997-ci il təvəllüdlü Əliyev Fəzail Məzahir oğlu yaralanıblar.

Yaralıların bir qismi Tovuz rayon Mərkəzi Xəstəxanasına, bəziləri isə Gəncə şəhərinə gətirilib.

Previous articleNazir müşavirinə yeni vəzifə verdi
Next articleEhtiyac meyarı göstəricisinə niyə ehtiyac yoxdur?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here