Home Qarabağ Zəngilanda düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı

Zəngilanda düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı

55
0

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

Sosialxəbər.az bildirir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Axar.az-a verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Ağakişilər kəndi ərazisində keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində meşəlik ərazidə düşmənin atıb qaçdığı xeyli silah-sursat aşkar ediblər.

Polis əməkdaşları 3 avtomat, 1 pulemyot, 89 qumbara və alışdırıcıları, 42 qumbaraatan mərmisi, 11 Qrad mərmisi, 16 daraq, 10 mindən artıq müxtəlif çaplı güllələr və digər döyüş sursatları götürərək aidiyyəti üzrə təhvil veriblər.

Previous articleErməni terrorçu hərbçilərimiz olan posta hücum etdi
Next articleŞuşada erməni terroru: 3 hərbçimiz yaralanıb – Rəsmi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here