Home Qarabağ Şəhidlərimizi tanıyaq və tanıtdıraq

Şəhidlərimizi tanıyaq və tanıtdıraq

334
0

Şükürov Samir Təyyub oğlu 7 noyabr 1974- cü ildə Lerik rayonu Kəlvəz kəndində anadan olub.1981- ci ildə Kəlvəz kənd Fəxrəddin Şahbazov adına tam orta məktəbin 1- ci sinfinə gedib.Təhsilini bitirdikdən sonra 1991-ci ildə həqiqi hərbi xidmətə çağırılıb.Hərbi xidmətdə olarkən,Hərbi Ali Məktəbə daxil olub.Bir müddət oxuduqdan sonra 1993- cü ildə 1- ci Qarabağ müharibəsinə yollanıb və orada müxtəlif istiqamətlərdə gedən döyüşlərdə iştirak edib.Hərbi vəzifələrini layiqincə yerinə yetirdiyinə görə zabit,daha sonra isə Baş leytenant rütbəsi verilib.1996-cı ilədək döyüşlərdə iştirak edib.1997- ci ildə ehtiyyata buraxılıb.2006- cı ildə iyunun 10- da Samir Şükürov ailə həyatı qurub.Çox gözəl ailə başçısı olan qəhrəmanımız uzun illər övlad həsrəti çəksə də, nəhayət Allah bu xoşbəxtliyi onlara bəxş edib.Şəhidimizin iki oğul və bir qız övladı var.Qəhrəmanımız özü hələ 16 yaşında olarkən valideynlərini itirib .27 sentyabr 2020- ci ildə başlayan İkinci Qarabağ müharibəsində könüllü olaraq cəbhəyə yollanıb.Oktyabrın 25- i müharibəyə yollanan qəhrəmanımızın ailəsi noyabrın 10- u qələbə günü Samir Şükürovun Şəhid olma xəbərini alıb.Qarabağ qazisi , vətənpərvər, qayğıkeş şəhidimiz Baş leytenant Şükürov Samir Təyyub oğlu 9 noyabrda Şuşa şəhərinin azad edilməsində fəal iştirak etsə də,qələbə sevincini ailəsinə yaşadaraq şəhid olub.Şəhidimiz Bakı şəhəri Binə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn olunub.Ölümündən sonra Prezidentin sərancamına əsasən şəhid Samir Şükürov ” Vətən uğrunda”,” Vətən müharibəsi iştirakçısı” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Azərbaycan Respublikası Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi üzvü Məmmədova Günel.

Previous articlePaşinyanın mühafizəçisinin evinə qumbara atıldı
Next articleRusiya Türkiyə qırıcısının hazırlanmasında iştirak edə bilər

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here