Home Qarabağ Şəhidlərimizi tanıyaq,və tanıdaq – Şəhid : Məmmədov Cəlil Qəhrəman oğlu

Şəhidlərimizi tanıyaq,və tanıdaq – Şəhid : Məmmədov Cəlil Qəhrəman oğlu

67
0

Şəhidlərimizi tanıyaq,və tanıdaq
Şəhid : Məmmədov Cəlil Qəhrəman oğlu.

Cəlil Qəhrəman oğlu Məmmədov 20 sentyabr 1999-cu ildə Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olub. Orta məktəbi başa vurduqdan sonra Quba Dövlət Sosial İqtisad Kollecinə daxil olub. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda döyüşlərdə iştirak edib. 8 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə yanlarına düşən minamyot mərmisi komandirini ağır yaralayıb. Cəlil komandirini ərazidən çıxararkən daha bir mərminin onun yanında partlaması nəticəsində şəhid olub. 12 noyabr 2020-ci ildə Qonaqkənd qəsəbəsində dəfn edilib. Cəlil Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

ALLAH RƏHMƏT ELƏSİN🥀🥀

Azərbaycan Respublikası Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyin Quba Rayon Təşkilat nümayəndəsi :İsmiyeva Şəlalə

Previous article69 minə yaxın şəxs işlə təmin edildi
Next articleŞəhidlərimizi tanıyaq və tanıtdıraq

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here