Home Dünya İlham Əliyevə İstanbulda “Ali Nişan” verildi

İlham Əliyevə İstanbulda “Ali Nişan” verildi

53
0

Türk Şurasının bu gün İstanbulda keçirilən VIII Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyevə təşkilatın “Ali Nişan”ı təqdim edilib.

Sosialxəbər.az xəbər verir ki, canlı yayımda İlham Əliyevə “Türk Dünyası Ali Nişanı”nı Prezident Rəcəb Tayyib Ərdoğan təqdim edib.

Ərdoğan müfakatı təqdim etdikdən sonra Azərbaycanın Vətən müharibəsindəki qələbəsi, Azərbaycanın ərazi bütövlüyünün bərpasının türk dünyasındakı rolu haqda çıxış edib.

Prezident İlham Əliyev çıxışında “Ali Nişan”a layiq görülməsinin Qarabağ Zəfəri ilə bağlı olmasının xüsusi önəm daşıdığını və buna görə Azərbaycan xalqı və öz adından xüsusi qürur hissi keçirdiyini qeyd edib.

Previous articleŞəhidlərimizi tanıyaq və tanıtdıraq
Next articleZəfər Günü avtoxuliqanlıq edən şəxs həbs edildi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here