Home QHT Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında ictimai Şura Sumqayıt Dövlət Dram Teatrında monitorinq...

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında ictimai Şura Sumqayıt Dövlət Dram Teatrında monitorinq keçirib

393
0

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında ictimai Şura Sumqayıt Dövlət Dram Teatrında monitorinq keçirib. Monitorinqdən sonra yaradıcı heyətlə “Teatr kollektivinin fəaliyyətinə yeni baxış” mövzusunda fikir mübadiləsi aparıldı.
İctimai Şuranın sədri Gəray Əlibəyli bildirdi ki, biz milli mədəniyyətimizin müasir inkişaf konsepsiyasına yönəlik bütün təklif və ideyaları dəstəkləyir, bu işlərin gerçəkləşməsi üçün təkliflərimizi Nazirliyin rəhbərliyinə təqdim edirik.. Mədəniyyət Nazirliyinin saytında İctimai Şura bölməsi yaradılıb. Bu isə, təkliflərin daha operativ şəkildə rəhbərliyə çatmasını təmin edir.
Teatrın direktoru, əməkdar artist Mübariz Həmidov Milli teatrın yeni mərhələdə təşəkkülü, müasir Azərbaycan teatr modelinin qurulması üçün təkliflər paketini Nazirliyə göndərdiyini söylədi. Durektor, həmçinin onu da bildirdi ki, aktyorların sənətkarlıq məharətini yüksəltmək üçün Mədəniyyət Nazirliyinin nəzdində Ali Teatr məktəbinin təsis edilməsi daha effektiv olar.
Əməkdar artistlər İzaməddin Bağırov, Cəlal Məmmədov, Sədaqət Nuriyeva dərəcə təsnifatında ədalətsizliyin məvacibə də təsir etdiyini dilə gətirdilər.
Aktyorlar bildirdilər ki, Sumqayıtda  cəmi bir peşəkar teatr mövcuddur, amma teatrın dərəcə bölgüsündə və məvaciblərdə əyalətə baxış bucağı sərgilənir.
Əməkdar artist Rauf Ağakişiyev hərbi xidmətdən sonra taleyini Sumqayıt teatrına bağladığını bildirdi. “Bakı teatrlarından dəfələrlə dəvət alsam da, doğma şəhərimi, doğma teatrı tərk etmədim”- deyən aktyor məhz teatrın dərəcəsinin aşağı olması yaradıcı heyətin maddi sıxıntı ilə üzləşdiyini vurğuladı.
Əməkdar artist Sədaqət Nuriyeva söylədi ki, Sumqayıt Dövlət Dram Teatrı paytaxt teatrları üçün hər zaman baza olmuşdur. Amma hər dəfə Prezident mükafatı üçün siyahı hazırlananda ən az bölgü Sumqayıt teatrına düşür. Ədalət prinsipi pozulur.Əməkdar artist İlahə Səfərova teatrın statusunun qaldırılması və onun da məntiqi davamı kimi əmək haqqlarının artması təklifini irəli sürdü.
Teatrın baş rejissoru, xalq artisti Firudin Məhərrəmov aşağı kateqoriyanın məvacibini almaqlarına rəğmən kollektivin hər zaman  ağır yük altında olduğunu dilə gətirdi. Belə ki, Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti cari repertuar planına daxıl olan tamaşalarla bərabər, ildə 10-12 ümumşəhər tədbirini də hazırlayır.
Bəzən tamaşaların məşqi şəhər tədbirlərinə görə dəyişdirilir. Bu da, əlbəttə, keyfiyyətə öz təsirini göstərir. Əməkdar artist İzaməddin Bağırov mədəniyyət ocağına icra strukturlarının müdaxiləsini yolverilməz saydığını bildirdi.
Teatrın direktoru aktyor və rejissorların təkliflərini ümumiləşdirərək kollektivin ən böyük arzusu olan teatrın dərəcəsinin qaldırılmasının məvaciblərə də təsir edəcəyini qeyd etdi. Mübariz Həmidov qeyd etdi ki, bu layihənin gerçəkləşməsinə inanırıq. Çünki mədəniyyət qanununda yenilənmələr var, reformalar öz bəhrəsini verməkdədir. Teatrların idarəçiliyin həyata keçirəcək yeni qurumun yaranması, güman ki, milli teatrın inkişaf prosesinə müsbət təsir edəcəkdir.


Sonda Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri Gəray Əlibəyli monitorinqin əhəmiyyətindən, bu qəbildən olan görüşlərin effektliyindən danışdı və bildirdi ki, biz İctimai Şura olaraq, bütün təklif və təşəbbüsləri təhlil edir və Mədəniyyət Nazirliyinin rəhbərliyinə təqdim olunur.

Previous articleŞoyqunun qızı boz qurd işarəsi tutdu
Next article69 minə yaxın şəxs işlə təmin edildi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here