Home Qarabağ Millət vəkili şəhid hərbi həkimin ailəsi ilə görüşdü

Millət vəkili şəhid hərbi həkimin ailəsi ilə görüşdü

252
0

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi, hərbi həkim Cəmil Oqtay oğlu Səlimovun ailə üzvləri ilə görüşüb.

Sosialxəbər.az xəbər verir ki, komitə sədri şəhidin ata-anasını, bacısını dinləyib, şəhidin həyat və döyüş yolu ilə maraqlanıb, öz ürək sözlərini bölüşüb.

Qeyd edib ki, Cəmil Səlimov Azərbaycan Prezidentinin Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib:

“Bu gün biz sizinlə birgə şəhidimizin həyat və döyüş yolundan bəhs edən kitabın təqdimatında iştirak etdik. Gələcəkdə də belə kitablar yazılacaq, başqa sənət növlərində də şəhidlərimiz haqqında yeni yaradıcı münasibətlər görəcəyik”, – millət vəkili deyib.

Komitə sədri şəhid gizirin ailə üzlərinə Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

Görüşdə RHİM İB sədri Arzu Bağırova iştirak edib.

Previous articleMM-də növbəti iclas başladı
Next articleBakıda Şəhidlər Xiyabanlarında 32 şəhid məzarı açıldı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here