Home Təhsil Güclü küləyin Bakıda ziyan vurduğu məktəblərin sayı AÇIQLANDI

Güclü küləyin Bakıda ziyan vurduğu məktəblərin sayı AÇIQLANDI

1311
0

Ötən gündən başlayaraq paytaxtda əsən güclü külək nəticəsində bir sıra məktəbə ziyan dəyib. 

Sosialxəbər.az bildirir ki, Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. 

Bildirilib ki, hava şəraitinin kəskin dəyişməsi və güclü külək nəticəsində paytaxtın bəzi ümumi təhsil məktəblərinin (39, 113,167, 173, 186, 204, 260, 265, 298, 314, 319) dam örtüyü, pəncərə, fasad və hasarlarında bir sıra fəsadlar yaranıb, ağacların aşması, budaqların qırılması və xüsusi konstruksiyaların zədələnməsi halları müşahidə olunub.

“Müvafiq mütəxəssislər məktəblərdə olublar, ilkin zəruri təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı xəbərdarlıq edilib.

Hava şəraiti imkan verən kimi küləyin törətdiyi fəsadların aradan qaldırılması təmin ediləcək.

Qeyd edək ki, təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir”, – məlumatda qeyd edilib.

Previous articleDənizçi geyimini əsgər forması ilə əvəz edən qəhrəmanlar – Video
Next articleMM-də növbəti iclas başladı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here