Home Hərbi Dənizçi geyimini əsgər forması ilə əvəz edən qəhrəmanlar – Video

Dənizçi geyimini əsgər forması ilə əvəz edən qəhrəmanlar – Video

77
0

ASCO-nun İctimaiyyətlə əlaqələr departamenti tərəfindən qəhrəman dənizçilərimiz haqqında “Hər biri qəhrəmandır” adlı kitab nəşr olunub.

Sosialxəbər.az xəbər verir ki, kitab Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qələbə və şəhidlər haqqında dəyərli fikirləri ilə açılır.

“Ön söz əvəzi” adlı yazı Qələbənin dövlətimizin və xalqımızın taleyində oynadığı tarixi roldan, əzəli və əbədi torpaqlarımızın yağı tapdağından xilas edilməsinə cəsur, qorxmaz dənizçilərimizin könüllü qoşulmasından bəhs edir.

Kitabın ilk – “Vətən candan şirindir” bölməsində müstəqil Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən 9 qəhrəman dənizçinin qısa, lakin çox şərəfli həyatı ilə tanış ola bilərsiniz.

Kitabın “Düşmənə qan udduran dənizçilər” bölməsində ASCO-da çalışan və 44 günlük haqq savaşımızda yağını yurdumuza soxulduğuna peşman edən, müqəddəs bayrağımızı eməni işğalından azad etdikləri yaşayış məskənlərimizdə iftixarla dalğalandıran igidlərimizin hünərindən söhbət açılır.

“Öncə Vətən!”-dedilər” bölməsində Azərbaycan Dövlət Dəniz Akademiyasının, ”Əvvəl Zəfər, sonra səfər!” bölməsində isə Azərbaycan Dənizçilik Kollecinin məzunları və ya bu təhsil ocaqlarında oxuyan igid gənclərimizlə yaxından tanış ola bilərsiniz.

Bir sözlə, Dənizçi şəhidlər, Dənizçi qazilər və Dənizçi müharibə iştirakçılarının həyat və döyüş yollarından bəhs edən “Hər biri qəhrəmandır” kitabı arzusunda olduğumuz Zəfəri ölümün gözünə dik baxmaq cəsarətləri ilə bizə ərmağan edən, bu Zəfərlə bizə başucalığı, Yurdumuza şərəf gətirən dənizçilərin şücaətini unutmamaq, gələcək nəslə çatdırmaq kimi xoş bir niyyətlə qələmə alınıb.

Previous articleGüclü külək: Dam örtüyü qopub, kişinin qarnını deşdi
Next articleGüclü küləyin Bakıda ziyan vurduğu məktəblərin sayı AÇIQLANDI

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here