Home Qarabağ Bakıda Şəhidlər Xiyabanlarında 32 şəhid məzarı açıldı

Bakıda Şəhidlər Xiyabanlarında 32 şəhid məzarı açıldı

220
0

Bu gün sosial şəbəkədə Bakı şəhərindəki Şəhidlər Xiyabanında bəzi məzar daşlarının sındığı və onların üzərində şəkillərin olmaması ilə bağlı məlumat yayılıb.

Sosialxəbər.az bildirir ki, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdindəki Əhaliyə vətəndaşlıq xidməti trestindən Axar.az-a verilən məlumata görə, Respublika Hərbi Prokurorluğunun təqdimatı və Bakı Hərbi Məhkəməsinin 3 iyun 2021-ci il tarixli Qərarı əsasında Birinci Şəhidlər Xiyabanında dəfn edilən 23 və ikinci xiyabanda isə 9 naməlum şəhid məzarından meyitin qəbirdən çıxarılması (ekshumasiya) aparılıb.

Qeyd olunub ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə ekshumasiyanın keçirilməklə tibbi-genetik tədqiqat üçün müvafiq nümunələrin götürülməsi təmin edilib:

“Hazırda Respublika Hərbi Prokurorluğu və aidiyyəti ərazi prokurorluqlarının iştirakı ilə meyidlərin kimliyinin müəyyən edilməsi ilə bağlı zəruri tədbirlər həyata keçirilir. Sosial şəbəkədə qeyd edilən məzarlar da həmin məzarlardır. Burada dəfn edilənlərin kimliyi müəyyən edildikdən sonra isə həmin məzarlar şəhidlərin şəkili və onlar barədə məlumatlarla birlikdə yenidən düzəldiləcək. Məzarlarla bağlı məlumatı bilərəkdən düzgün göstərməmək, insanlarda çaşqınlıq yaratmaq və bundan öz siyasi məqsədləri üçün istifadə etmək yolverilməzdir”.

Previous articleMillət vəkili şəhid hərbi həkimin ailəsi ilə görüşdü
Next articleDünya liderləri Türkiyəni belə adlandırır

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here